BİRJA

“Stellar” böyük yeniliyə imza atdı
20 APREL
141

“Stellar” böyük yeniliyə imza atdı

2018-04-20 10:03:00

Beynəlxalq proqram texnologiyaları inkişaf və tətbiqi şirkəti “Novatti” qrupu “Stellar Network”-un Blockchain ödəmə tətbiqlərini öz ödəmə platformalarında istifadə etmək üçün müqavilə imzalayıb. Bu, həmçinin “Novatti” şirkətinin və “Stellar”-ın istifadəçilərinin sayını artıra bilər.

“Stellar Network” maliyyə qurumları ilə fərqli ödəniş metodlarının birgə işləməsinə imkan yaradan açıq qaynaq kodlu bir Blockchain şəbəkəsidir. Onun sayəsində şirkətlər və təşkilatlar ödənişləri daha ucuz, sürətli və effektiv şəkildə reallaşdıra bilərlər.

Bu tərəfdaşlıq razılaşması gələcəkdə hər iki şirkətin Blockchain sahəsində bir çox yeni imkanlara sahib olacağı anlamına gəlir. “Stellar”-ın sahib olduğu iş ortaqları artıq “Novatti”-nin ödəniş texnologiyasına daxil ola biləcəklər.

Lakin layihənin gələn ay fəaliyyətə başlayacağı gözlənilir. “Novatti” şirkəti isə transfer prosesini idarə edərək reallaşan əməliyyatlara görə ödəniş haqqı alacaq.

“Novatti” şirkətinin CEO-su Peter Kuk mövzuyla bağlı bunları deyib:

“Novatti” ödəmə platformasının müvəffəqiyyətli bir şəkildə “Stellar” şəbəkəsinə tətbiq olunması ilə Blockchain şəbəkələri arasında əməliyyatların reallaşmasını təmin edən və gələcəkdə yüksək gəlir gətirəcək bir cəhdin təməlini qoymuşuq. Bu güclü əməkdaşlıqdan yararlanaraq daha böyük nailiyyətlər əldə etmək istəyirik”.

“Stellar”-ın ortaqlıq razılaşmalarından məsul olan meneceri Ella Qianq isə bu ffikirləri səsləndirib:

“Etibarlı tərəfdaşımız “Novatti” şirkətini ödəmə metodlarını “Stellar” şəbəkəsinə uğurla tətbiq etdiyi üçün təbrik edirik! Gələn ay əməliyyatların həyata keçəcəyini səbrsizliklə gözləyirik”.

İnternetdə bu ortaqlıq müqaviləsinin birdən ortaya çıxdığı, lakin “Novatti”-nin sahib olduğu bu ödəniş platformasının xüsusi uğur qazanacağı müzakirə edilir. Həmçinin, bu əməkdaşlığın olduqca vacib olduğu, lakin bu şirkətlərin kriptovalyutalarla maraqlanan şəxslər tərəfindən az tanındığı bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0016
  • ₽ RUB
    0.0276