BİRJA

Hansı üstündür? Altcoinlər, yoxsa Bitcoin?
20 APREL
125

Hansı üstündür? Altcoinlər, yoxsa Bitcoin?

2018-04-20 09:53:00

Alternativ kriptovalyutalar adlandırılan altcoinlərin ötən iki həftə ərzində sərgilədikləri performans baxımından lider kriptovalyuta Bitcoin-i geridə buraxdıqlarını söyləmək olar.

Altcoinlərin bu yüksəlişindən sonra kriptovalyuta bazarının ümumi dəyəri 350 milyard dolları keçdi.

Olduqca dəyişkən keçən dönəmdə investorların yüksək likvidliyə və sabitliyə sahib olan aktivlərə və yaxud kriptovalyutalara daha çox yönəldikləri göz qabağındadır. İnvestorların əksəriyyəti böyük düzəlişlərin hökm sürdüyü ərəfədə Bitcoin-ə daha çox üstünlük verdi. Bunun nəticəsində Bitcoin digər kriptovalyutalara nisbətən daha möhkəmləndi və bazarın 40%-nə sahiblik etdi.

Ancaq keçən bir neçə həftə ərzində altcoinlər bu durumu öz xeyirlərinə dəyişməyə cəhd göstərirlər. Hazırda kriptovalyuta bazarında altcoinlərin radikal qiymət artımlarının şahidi oluruq. Bəzi altcoinlər Bitcoin-in qiymətindən asılı olmayaraq müxtəlif ölçülərdə qiymət yüksəlişləri ilə investorların üzünü güldürə bilirlər. Məsələn, MCO kimi təsvir olunan Monaco son gündə 106% yüksəlişə imza atıb.

Altcoinlərdən danışdıqda Ethereum-a xüsusilə fikir vermək lazımdır. Ethereum blockchain-də tətbiq olunan ERC20 protokolu ilə bir çox altcoinə həyat verib. Tron (TRX), 0x və ICON (ICX) kimi bu protokola tabe olaraq çalışan tokenlər bir neçə gündür Bitcoin və Ethereum qarşısında özlərini yaxşı tərəfdən göstərirlər. Altcoinlərin bu sıçrayıı investorları bəzi riskləri gözə alaraq sərmayə qoymağa vadar edir. Bu daha rahat bir atmosferin bazarda üstünlük təşkil edəcəyi nəticəsini ortaya qoyacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276