BİRJA

MET-AK istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək
17 APREL
143

MET-AK istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

2018-04-17 14:01:00

MET-AK istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. AzFinance investisiya şirkətindən Fins.az-a verilən məlumat görə, 19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) “MET-AK”MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir.

Qiymətli kağızın ISIN kodu
AZ2002020272
Emissiya həcmi
3 000 000 AZN
Nominal qiyməti
1000 AZN
Hərrac qiyməti
1000 AZN
İstiqrazların tədavül müddəti
1 il (365 gün)
Faiz dərəcəsi (illik)
12 %
Faiz gəlirinin ödəniş müddəti
1 aydan bir (30 gün)
Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər mütənasib qaydada təmin ediləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270