BİRJA

Kriptovalyutaların daha bir problemi həll olundu
17 APREL
188

Kriptovalyutaların daha bir problemi həll olundu

2018-04-17 02:00:00

Bitfinex” və “Coinbase” kimi kriptovalyuta birjalarının “SegWit”-dən istifadə etməsindən sonra əməliyyat xərci münasib hala gəlib.

“Bitfinex” fevralın 20-də Bitcoin üçün “SegWit” dəstəyini başladacağını elan etdi. “Coinbase” isə cəmi 3 gün sonra oxşar addım atacağı haqda məlumat verdi. Mart ayının əvvəlində hər iki birja bütün infrastrukturlarını dəyişdirərək “SegWit” təkmilləşdirməsini etdilər.

Kriptovalyuta investorlarının əməliyyat ödənişlərini yüksək hesab etməsi “SegWit” yeniləməsinin əsas səbəblərindəndir. “SegWit” cüzdanları istifadə edilməyə başlandıqdan sonra əməliyyat xərcləri endi və daha sürətli oldu. “Bitfinex”-in CTO-su Paolo Ardino bunları deyib:

“Sadiq müştərilərimiz üçün “SegWit” cüzdanlarını istifadəyə açıqdır. “SegWit” sayəsində əməliyyat xərcləri azalacaq, sürət və şəbəkə qabiliyyəti artacaq. Bundan sonra 20%-dən daha az əməliyyat haqqı tutulacaq”.

Gözlənildiyi kimi, bu yenilik Bitcoin şəbəkə xərclərinə müsbət nəticə göstərdi. İlin əvvəlindən bu yana 2017-ci ildə alınandan daha az əməliyyat haqqı alındı. Kriptovalyuta birjaları pul çıxarma xərcləri ilə rəqabət apara bilərlər. Məsələn, “Binance” pul çəkmə xərclərinə 50% endirim edəcəyini açıqladı.

2017-ci ildəki proseslərdən dolayı hard fork tətbiq edilərək bir çox yeni altcoin hazırlandı. Onlardan ən diqqət çəkəni Bitcoin Cash-dir.

“SegWit” və “Lightning Network” Bitcoin hard fork-ları və digər Bitcoin-ə bənzər kriptovalyutalar üçün yaxşı xəbər olmaya bilər. Bitcoin Cash tərtibatçılarının rəqabət apara bilmək üçün yeni üsullar tapması lazımdır. Bəzi şəxslərə görə, əməliyyat xərclərinin həqiqi dəyəri Bitcoin-in qiyməti ilə əlaqəlidir. Bunun isə nə dərəcədə doğru olduğu məlum deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273