BİRJA

Bitcoin həqiqətən 250 min dollar olacaqmı?
17 APREL
404

Bitcoin həqiqətən 250 min dollar olacaqmı?

2018-04-17 01:57:00

Tanınmış investor Tim Dreyper ötən həftə Bitcoin haqda maraqlı açıqlamalar vermişdi. Bitcoin-in qiymətinin 2022-ci ilədək 250 min dollara yüksələcəyini iddia edən Dreyperə digər bir iqtisadçı Brayan Kellidən dəsstək gəlib.

Dreyperin bu açıqlamasına şərh verən Kelli BTC-nin tarixi boyu cızdığı qrafikə diqqət çəkib. Lider kriptovalyutanın ötən illər ərzində 4000 dəfədən artıq dəyər qazandığını bildirən Kelli bu durumun davam edəcəyinə inandığını söyləyib.

Kelli sözlərinə kriptovalyuta bazarına daxil olan böyük qurumlar haqda danışaraq davam edib. “Rockefeller”, “Goldman Sachs” və “Soros” həmin şirkətlər arasındadır. Kellinin fikrincə, bu cür böyük oyunçuların bazara girməsi Bitcoin-in sahib olduğu dalğavari qiymətləri düzəldəcək. Bunun nəticəsində Bitcoin daha real valyuta vahidinə çevriləcək.

Hal-hazırda Bitcoin-in ən çox istifadə olunduğu yerlər maliyyə qurumları, bəzi bankçılıq sistemləri və digər qurumlardır. Bir dostunun “bir investor niyə kriptovalyutaya sərmayə qoyaraq öz investisiyasının böyük hissəsini itirmə riskini gözə alsın?” sualına isə belə cavab verib:

“Dediklərimə qulaq as. Belə bir risk sərmayənin hamısının dövlət tərəfindən ələ keçirilməsindən daha yaxşıdır”.

Tom Linin kriptovalyutaların vergiyə cəlb olunma təhlükəsinə görə investorlar tərəfindən satılması və bununla da qiymətin enməsi ilə bağlı fikirlərinə münasibət bildirən Kelli əks fikirlər səsləndirib. O, kriptovalyuta bazarında reallaşan əməliyyatların həcminin üçdə ikisinin Asiyanın payına düşdüyünü vurğulayıb. Həmçinin, bəzi ölkələrdəki tənzimləmə cəhdlərinin kriptovalyutaların enişinə səbəb olmadığını diqqətə çatdırıb.

Kelli son vaxtlar bazardakı enişi bir neçə səbəblə əlaqələndirir. Buna görə də iflas edə “Mt. Gox” birjasının Bitcoin satışları prosesi sürətləndirə bilər.

250 min dollara gedən yol

Məşhur iqtisadiyyat analitik Brayan Kellinin fikirlərinə görə, Bitcoin-in qiymətinin 2022-ci ilədək 250 min, 2018-ci ilin sonunadək isə 25 min dollara çata bilməsi üçün əməliyyat həcminin artırılmasını çıxış yolu kimi görür. O, mövzuyla bağlı bunları bildirib:

“Kriptovalyuta bazarlarında reallaşan əməliyyatların sayı artarsa, bu vəziyyət yüksəliş bazarına təkn verə bilər”.

Hər gün Bitcoin-in qiyməti ilə bağlı müxtəlif proqnozlar eşidirik. “Pantera Capital” konsaltinq şirkəti proqnoz verən şirkətlərdən biridir. Şirkət BTC-nin qiymətinin ilin sonunadək 20 min dollara çata biləcəyini qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9960
  • ₽ RUB
    0.0258