BİRJA

Metak istiqrazlarının hərracının tarixi bəlli olub
16 APREL
252

Metak istiqrazlarının hərracının tarixi bəlli olub

2018-04-16 18:02:00

19 aprel 2018-ci il tarixində Bakı Fond Birjasında (BFB) “MET-AK”MMC-nin faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir.

Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır. İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

Qiymətli kağızın ISIN kodu

AZ2002020272

Emissiya həcmi

3 000 000 AZN

Nominal qiyməti

1000 AZN

Hərrac qiyməti

1000 AZN

İstiqrazların tədavül müddəti

1 il (365 gün)

Faiz dərəcəsi (illik)

12 %

Faiz gəlirinin ödəniş müddəti

 1 aydan bir (30 gün)

Anderrayter

Unicapital İŞ QSC

Emissiya prospektinə əsasən, tələb təklifdən çox olduğu halda eyni qiymətlə təqdim edilən sifarişlər  mütənasib qaydada təmin ediləcəkdir. Əlavə olaraq, emitentin emissiya prospektinə əsasən ilk 180 gün (6 ay) ərzində geri satın alınmaya təqdim edilən istiqrazlar “Unibank KB” ASC tərəfindən, 181-ci gündən 273-cü günə (6-9 ay) kimi geri satın alınmaya təqdim edilən istiqrazların 50%-i “Unibank KB” ASC, 50%-i isə “Met-Ak” MMC tərəfindən və 274-cü gündən 365-ci günə kimi (9-12 ay) “Met-Ak” MMC tərəfindən təmin ediləcəkdir. 

Metak istiqrazlarının emissiya prospekti BFB-nin internet saytının (www.bfb.az) “Listinqdə olan şirkətlər” bölməsində yerləşdirilmişdir. Metak istiqrazları BFB-nin Listinq Məsləhət Proqramı çərçivəsində listinqə alınmışdır.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9947
  • ₽ RUB
    0.0268