BİRJA

Bitcoinləri etibarlı yerdə saxlamaq üçün inanılmaz üsul
16 APREL
157

Bitcoinləri etibarlı yerdə saxlamaq üçün inanılmaz üsul

2018-04-16 01:29:00

Kriptovalyutalarınızı saxlamaq üçün ən etibarlı yolu tapdığınıza inanırsınızmı?

Hollandiyalı Martijn Vismeyer 2014-cü ildə iki əlinin barmaq uclarına cərrahı bir əməliyyat nəticəsində NFC çipləri yerləşdirməyə qərar verib.

Vismeyer keçmişdə kriptovalyutalarını saxlamaq mövzusunda uğursuzluğa düçar olaraq Bitcoin-lərinin böyük hissəsini itirdiyini qeyd edib.

“Bitcoin-lərimin əksəriyyətini kiber hücumlar və birja oğurluqları nəticəsində itirdim. Əgər 2010-cu ildə bu çiplərə sahib olsaydım, hazırda çox varlı olardım”.

Həmin vaxt yaşadığı itkilər nəticəsində kriptovalyutalarını daha etibarlı şəkildə saxlamaq istəyən Vismeyer bunları deyib:

“Bu fikri reallaşdırmaq qərarına gəldim, çünki Bitcoin-lərimi dərimdə saxlayaraq müqəddəs bir cüzdana sahib olacağımı düşünürəm”.

Bunu bütün investorlara tövsiyə edən Vismeyer bu müddətdə dəri altına yerləşdirilən 2×12 mm ölçülərindəki çiplərin sistem qoşdurmaqdan daha az ağrılı olduğunu bildirib.

Hər biri 888 bayt məlumat saxlayan NFC çipləri təxminən 26 Bitcoin cüzdanına kifayət qədər saxlama sahəsi təmin edəcək. Vismeyer həmçinin smartfon vasitəsilə çiplərini istifadə etdiyini vurğulayır.

O, özündən savayı 50-yə yaxın adamın da bu üsula əl atdığını deyib. Bu prosedurlar nə qədər ağrılı görünsə də, kriptovalyutaların etibarlılığı da önəmlidir. Belə ki, dünyadakı bütün Bitcoin-lərin 23%-i gizli şəkildə itirilib.

Hər nə qədər NFC çiplərinin xərçəng hüceyrələrini artırdığı istiqamətli araşdırmalar olsa da, gələcəkdə insanlar bu üsuldan istifadə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278