BİRJA

Blockchain konfransı dayandırıldı – Polis müdaxilə etdi
13 APREL
208

Blockchain konfransı dayandırıldı – Polis müdaxilə etdi

2018-04-13 13:11:00

Şanxayda Blockchain mövzusunda keçirilən konfrans polisin müdaxiləsi ilə dayandırılıb. “Global Fintech & Blockchain Çin Sammiti 2018” (Global Fintech & Blockchain China Summit 2018) adlandırılan və “PTP International” adlı təşkilati konfrans agentliyi tərəfindən təşkil olunan bir günlük hadisə aprelin 12-nə planlaşdırıldı.

Buna baxmayaraq cümə axşamı günorta saatlarında polis tərəindən gözlənilmədən dayandırılıb və bütün iştirakçılar və təşkilatçılar zaldan təxliyə edilib. Tədbirin növbəti iclası da ləğv olunub.

Sammitin saytındakı məlumata görə, fəaliyyətin məzmunu açılış nitqləri, panel müzakirələri, maliyyə təşkilatlarından sərgiləri, dövlət və kriptovalyuta layihələrini əks etdirirdi.

Proqramın birdən dayandırılmasının səbəbi rəsmi şəkildə açıqlanmasa da, sosial media saytı “Webio”-da sammitin ICO layihəsi üzərindən ciddi miqdarda pul itirən investorların şikayətlərinə görə dayandırıldığı deyilir.

Digər bir məlumatda konfransın Çin qanunlarına uyğun gəldiyini ifadə edilib.

“PTP International”-dan verilən açıqlama belə olub:

“Hazırda proqramın dayandırılmasının səbəblərini araşdırırıq. Polis tərəfindən bizə verilən açıqlama səbəbin “təhlükəsizlik riski” olduğu yönündədir. Konfran Çin qanunlarına uyğundur və bir ICO şousu deyil”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278