BİRJA

Bitcoin transferi üçün 50 dollar ödənilən günlər geridə qaldı
13 APREL
263

Bitcoin transferi üçün 50 dollar ödənilən günlər geridə qaldı

2018-04-13 11:13:00

Bitcoin transferlərinin qiymətləri və həcmlənə bilmək problemləri əslində sadəcə bir neçə ay öncənin problemləridir, ancaq kriptovalyuta bazarları üçün bu müddət sanki daha uzun kimi görünür. Bazarda yaşanan böyük dəyişikliklər sayəsində artıq Bitcoin-in bir yerdən başqa yerə transfer etmək daha asandır.

Son bir neçə aylıq dövrdə Bitcoin transfer ödənişlərini ciddi şəkildə aşağı salan və daha effektib bir formaya gətirən addımlar atıldı. Əlbbəttə, bunlar “SegWit” protokolu və maraqla gözlənilən “Lightning Network” idi.

“SegWit” şahid məlumatlarını ayrı bir bloka köçürmədən, pul köçürmələrində blok tutumunu artıran və bunun sayəsində hər bir transferin sistemdə örtdüyü yeri azaldan bir sistemdir.

Bitcoin istifadə edilərək edilən bütün pul transferlərinə baxıldıqda, “SegWit”-in istifadə edildiyi transferlərin nisbəti 30%-dir. Xüsusilə, geridə buraxdığımız dövrdə “Coinbase”, “Bitfenix” və “Gemini” kimi kriptovalyuta birjalarının “SegWit”-ə dəstək verəcəyini açıqlaması sektorda böyük maraqla qarşılandı.

Ancaq yenə də bu birjalardan sonra digər böyük oyunçuların hələlik “SegWit”-i qəbul etməməsi mənfi bir vəziyyət olaraq qarşımıza çıxır.

Bazarın digər böyük paydaşlarının rəqiblərinə qatılmaması “SegWit”-in işə yaramayan olmassı anlamına gəlmir, ancaq hələ də Bitcoin ticarəti edən bir çox adamın onlayn cüzdanının əksəriyyəti “SegWit”-ə uyğun deyil.

“SegWit” hələ də bir çox Bitcoin balinası üçün əsas müzakirə mövzusudur. Hazırda ən çox Bitcoin-i (175 min) hesabında saxlayan bir elektron pulqabı tamamilə “SegWit” əsaslıdır. Daha dəqiq desək, ən çox Bitcoin olan 100 cüzdandan 26-sı “SegWit”-ə uyğundur.

“Lightning Network” sürətlə irəliləyir

“SegWit” ilə birlikdə “Lightning Network” də Bitcoin pul transferlərini daha effektiv və rahat etmək üçün yola çıxıb.

Transfer sayını da xeyli artıran “Lightning Network” hazırda çox bəyənilən formadadır. Sistemin özəlliyini bir də özləri sınaqdan keçirmək istəyən bir çox istifadəçi bir-birinə Bitcoin-in ən kiçik vahidi olan bir Satoşi göndərir.

Ancaq bütün bu yeniliklərə baxmayaraq, “Lightning Network”-un ən çox müzakirə olunan tərəfi istifadəçi dostu olmaması idi. Bunun fərqində olan komanda “Google Play Store”-da “Lightning Network”-ə uyğun cüzdanın istifadəyə hazır olduğunu elan etdi.

Aylardır kriptovalyuta cameəsinin yolunu dörd gözlə gözləyən və adı “Eclair” olan bu cüzdanın çıxışı böyük sevinc yaradıb. Bundan istifadə edən şəxslər bir xeyli məmnun qalıb. “Eclair”-in arxasında yer alan istehsalçı firma olan “ACINQ” bəzi səhvlərin düzəldilərək yenidən bazara çıxarılacağını bildirib.

“Eclair” cüzdanı digər layihələr kimi Bitcoin-in istifadəsi daha asan, effektiv və daha həcmlənə bilən kriptovalyuta halına gətirəcək. Xüsusilə, texnologiyadan xəbərdar olmayan, ancaq belə bir fürsəti qaçırmaq istəməyən istifadəçilərə təklif edəcəyi xidmətlə fərq yaratmassı gözlənilən “Lightning Network”-də qiymətlərin ciddi enişi Satoşi göndərmələrini mümkün edərək bazarda bəzi yaralara məlhəm olmağa çalışacaq.

Transfer dərəcələri necədir?

Bu aydan etibarən bir Bitcoin göndərmək üçün ödənilən orta ödəniş haqqı 2017-ci illə müqayisədə 95% daha ucuzdur. Bitcoin və digər kriptovalyutalara marağın getdikcə artdığı 2017-ci ildə ortalama 50 dollar göstərilən Bitcoin transfer ödənişi “Bit Info”-nun son hesabatına görə, 1 dollara enib.

Əlbəttə, qiymətlərdəki bu cür kəskin eniş tamamilə “SegWit” və “Lightning Network”-un işin içinə girməsi ilə əlaqələndirilmir, lakin bu iki texnologiyanın bu hadisədə payı olduqca böyükdür.

Bir göndərişə görə təxminən 50 dollar tutulduğu, göndərişlərin saatlar, hətta günlər tələb etdiyi dövr arxada qaldı. Artıq bütün kriptovalyuta topluluğunun gözlədiyi bir şey var. O da “SegWit” və “Lightning Network” kimi texnologiyaların həm birjalar, həm də istifadəçilər tərəfindən yaxşı mənimsənilməsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256