BİRJA

Azərbaycanda kriptovalyuta və blockchain ilə bağlı mühüm xəbər
09 APREL
523

Azərbaycanda kriptovalyuta və blockchain ilə bağlı mühüm xəbər

2018-04-09 00:16:00

Azərbaycanda kriptovalyuta bazarı və blockchain texnologiyasının tədqiqi və inkişafı mərkəzi yaradılıb. Bunu Azərbaycan İnternet Forumunun (AİF) sədri Osman Gündüz deyib. Fins.az Trend.az-a istinadən xəbər verir ki, Osman Gündüzün sözlərinə görə, ötən gün mərkəzin yaradılmasında maraqlı olan tərəflərlə görüş keçirilib və onun gələcək fəaliyyətinin əsas istiqamətləri müəyyən edilib:

“Mərkəzin tədbirlər planına maarifləndirmə işlərinin keçirilməsi, kriptovalyuta bazarının və blockchain-in nizamlanması məsələsi üzrə təkliflərin hazırlanması, eləcə də bu sahədə konsaltinq xidmətlərinin göstərilməsi daxildir. Mərkəz üçün blockchain.az internet resursu qeydiyyata alınıb. Bu sayt yaxın bir həftə ərzində istifadəyə veriləcək. Bundan başqa, bu sahədə məlumatların daha savadlı təqdim olunması üçün KİV nümayəndələri üçün kriptovalyuta və blockchain üzrə ödənişsiz treninqlərin keçirilməsi planlaşdırılır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255