BİRJA

Bu mağazalarda Bitcoin ilə alış-veriş edilir
09 APREL
419

Bu mağazalarda Bitcoin ilə alış-veriş edilir

2018-04-09 00:11:00

Bu həftə ABŞ-ın qabaqcıl elektron mağazalarından olan “Newegg” Bitcoin inteqrasiya işlərini Kanadada da reallaşdıracağını elan etdi. Bununla da şirkətin milyonlarla müştərisi Bitcoin ilə istədikləri məhsulları ala biləcək.

Bitcoin getdikcə mağazalarda da yayılır

“Newegg”-in CEO-su (icraçı direktoru) Denni Li şirkətin ilk dəfə Bitcoin inteqrasiya layihəsini 2014-cü ildə hazırladığını bildirərək istifadəçilərin ciddi bir alış gücünə sahib olduqlarını söyləyib:

“2014-ci ildə “Newegg” müştərilərinə Bitcoin ödəmə variantı təqdim edən ilk böyük şirkətlərdən biri idi. O vaxtdan bəri Bitcoin-in qiymətindəki inanılmaz yüksəliş Bitcoin sahiblərinin indiki vaxtda inkaedilməz bir alış gücünə sahib olmasına zəmin yaratdı. İnanırıq ki, Bitcoin siyasətimizi Kanadadakı müştərilərimizi əhatə edəcək şəkildə genişləndirməyin zamanıdır”.

“Newegg” tərəfindən reallaşdırılan Bitcoin əməliyyatlarından məsul olan “BitPay” şirkətinin CEO-su Stephen Peir ötən bir neçə il ərzində Kanadada kriptovalyuta istifadəsinin ciddi şəkildə artdığını bildirərək “Newegg”-in bu inteqrasiyasının ölkədə Bitcoin uyğunlaşmasının inkişafına mühüm töhfə verəcəyini vurğulayıb:

“Kanadada kriptovalyutalara artan marağı görürük. “Newegg”-in Bitcoin ilə ödəniş variantının şimal sərhədindən kənara çıxarması bizə sevinc bəxş edir”.

İnkişaf faktoru

Yanvarda Bitcoin-in qiymətində ciddi eniş yaşanmamışdan əvvəl “Starbucks”-un idarə heyətinin sədri Hovard Şultz kriptovalyutaların gələcəkdə pərakəndə sektoru üçün daha mülayim bir mühit meydana gətirməsi halında şirkətlərinin də kriptovalyutaları ödəniş variantı kimi qəbul edəcəyini açıqlamışdı.

Həyata keçirilən onlayn konfrans zamanı Şultz Bitcoin-in qlobal diametrdə mağazalar tərəfindən qəbul edilən bir valyuta olmayacağına inandığını bildirib. Ancaq bir neçə kriptovalyutanın bu işin öhdəsindən gələ biləcəyini deyib. Şultz sözlərinə belə davam edib:

“Fikrimcə, gələcəkdə Blockchain texnologiyası istifadədə olan və ya bir neçə qanuni virtual valyutanın varlığını davam etdirə biləcək. Bu qanuniləşmə və etibar istehlakçıların bu tətbiqləri daha əvvəldən bilinən markalar ilə əvəzləşdirərək gerçək dünyada fiziki olaraq olmaqda olan mağazalar vasitəsilə reallaşacağına inanıram. Bunun sayəsində insanlar bildikləri və etibar etdikləri mağazalarda əməliyyatlar edə biləcəklər”.

Kredit kartı və bank kartı provayderi “Visa”-nın idarəçisi və Bitcoin Fondunun qurucularından olan Con Matonis verdiyi açıqlamada oxşar mövzuya toxunmuşdu. O, açıqlamasında “Goldman Sachs” kimi böyük bankların və “Newegg” kimi mağazaların Bitcoin-ə adaptasiya olmağa davam etməsi halında Bitcoin-in həqiqətən qlobal müstəvidə bir valyutaya çevriləcəyi ehtimalının çoxalacağını qeyd etmişdi.

Hal-hazırda bazarın sahib olduğu balanssız mühit bir çox mağazanın kriptovalyutaları ödəniş vasitəsi kimi istifadə etməsini əngəlləyir. Ancaq bazar böyüməyə davam edərsə, Bitcoin-in bütün mağazalarda istifadə olunması heç də təəccüblü sayılmayacaq.

Matonis açıqlamasında həmçinin bunları deyib:

“Yeni bankların və müəssisələrin bu işə daxil olması olduqca müsbət nəticələnəcək. Bu banklar və qurumlar digər bir çox bazarı da cəlb edə bilər”.

Matonis Bitcoin mərkəzli investisiya vasitələrinin gələcəkdə likvidlik və sabitliyi təmin edəcəyini düşünür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256