BİRJA

Bitcoin ilə bağlı vacib xəbər: May ayından etibarən...
07 APREL
802

Bitcoin ilə bağlı vacib xəbər: May ayından etibarən...

2018-04-07 23:34:00

Bitcoin ABC full-node tərtibat səlahiyyətlisi Amauri Seçet mayın 15-də Bitcoin Cash-də hard fork reallaşdıracağını açıqlayıb. Beləliklə, yeni zəncirdə daha böyük bloklar yer alacaq.

Bitcoin ABC tərtibatçıları yeni kodların yer aldığı Bitcoin ABC 0.17.0 versiyasını rəsmi saytlarında dərc edib. Yeni konsensus qaydaları mayın 15-də qüvvəyə minəcək.

Tərtibatçılar bu elanı veriblər:

“Hazırlanacaq ilk 11 blokun median zamanları 1526400000-a bərabər və ya daha böyük olduqda yeni konsensus qaydaları növbəti blok üçün də keçərli olacaq. İstismara başlamaq vaxtı nə qədər müddətə hazırlanması ilə bağlıdır”.

Forkun gətirəcəyi iki əsas dəyişiklik ani təsdiqləmə xüsusiyyəti və ölçüləndirmədir. Blok ölçüləri 32 Mb-a çatacaq və yüksək həcmli əməliyyatlar sürətlə həyata keçiriləcək. Ölçüləndirmə nəticəsində isə “Paypal”-ın ödəmə həcminə yaxın miqdarda ödənişlər edilə biləcək.

Tərtibat səlahiyyətlisi Amauri Seçet Bitcoin Cash üçün birdən artıq əlavənin olmasının vacibliyini düşünür. O, bunları qeyd edib:

“Bir neçə əlavənin eyni anda işləməsi vacibdir. Ən vacib məqam isə əgər əlavələrdən birində böyük bir səhv varsa, digərindən istifadə oluna bilinməsidir. Yəni, şəbəkənin davamlılığını təmin edə bilərik. Həmçinin, əgər bir müştərinin işləri yaxşı gedirsə, bazar payı da artacaq”.

Bitcoin ABC elanda node sahiblərinə yeni versiyanı yükləməyi tövsiyə edib. Digər tərəfdən, tərtibatçılar birjalara və ekosistemin digər üzvlərinə proqramlarını yeniləməyi məsləhət görüblər. “Bitcoin Unlimited” və “Bitcoin X” proqramları da hard forkla bərabər yeniləmə edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9292
  • ₽ RUB
    0.0255