BİRJA

Ripple birjalardan mənfi cavab aldı?
07 APREL
448

Ripple birjalardan mənfi cavab aldı?

2018-04-07 12:16:00

Ripple son bir neçə ayda anlaşma baxımından ciddi problem yaşamasa da, ABŞ-ın ən böyük kriptovalyuta birjaları olan “Gemini” və “Coinbase” ilə müqavilə imzalaya bilməyib.

Çox risklidir

Ripple dünyanın hər tərəfində fəaliyyət göstərsə də, ABŞ-da yerləşən birjaların diqqətini çəkməyib.

“Bloomberg”-in verdiyi məlumata görə, durumu bilən adları açıqlanmayan 4 şəxs Ripple-ın “Gemini” və “Coinbase”-ə maliyyə təzminatları təqdim etdiyini bildirib.

Bir Ripple menecerinin “Gemini”-yə Ripple-ı siyahıya alması üçün 1 milyon dollarlıq nağd ödəniş təklif etdiyi deyilir. Bundan əvvəl də Vinklevoss əkizlərinin birjasında 3-cü ən böyük kriptovalyutanın siyahıya alınması üçün müxtəlif təşəbbüslərə əl atılmışdı.

Ripple “Coinbase”-ə XRP ilə investorların birjada əməliyyat edə biləcəyi 100 milyon dollarlıq kredit təklif etdi. Hesabatda Ripple-ın ABŞ-da yerləşən birjaya anlaşmadan mənfəət əldə etmək üçün fürsət yaradan ya nağd pul, ya da XRP ödənişi alması təklif olunur.

Əlbəttə, “Gemini” və “Coinbase” təklifi qaəbul etmədi və ikisi də daha detallı məlumat vermədi.

Ripple-ın sözçüsü Emmali Kremer bunları qeyd edib:

“Ripple heç nəyə baxmayaraq, güclü XRP ekosisteminin yaradılması məsələsində şəffaf olub. XRP-nin sürətli və ucuz qlobal ödənişlər üçün mümkün olan ən sıx rəqəmsal aktiv olmasını istəyirik”.

Mərkəzləşdirmə problemi

Ripple-ın rəqəmsal valyutası olan XRP-ni “Gemini” və “Coinbase”-dən uzaq tutan yeganə detal mərkəzsiz texnologiya ilə işlədiyi barədə iddialara baxmayaraq, şirkətin mərkəzi olması reallığıdır. Bununla birlikdə XRP-nin tək şirkət tərəfindən idarə olunduğu inkaredilməzdir. Bunun üçün ABŞ səlahiyyətlilərindən lisenziya tələb olunur.

XRP təsnifatlaşdırılarsa, indi həm qiymətli kağızlar, həm də kriptovalyuta birjası üçün etibarlı hala gələcək və onları təklif edən birjalar daha sərt qaydalara tabe olacaq.

“Gemini” və “Coinbase” Ripple-ın ödənişlərini qəbul etsəydi, cəzaya məruz qalardı. “Clifford Chance”-in vəkili məsələ ilə bağlı belə deyib:

“Bir birjada siyahıya alma, satın alınmasına icazə verilməyən şəxslərə qeydsiz, qanunsuz qiymət ixrac edilməsini asanlaşdıran prosesin ayrılmaz bir parçasıdır”.

Bu səbəblə, XRP-nin yaxın gələcəkdə “Gemini” və “Coinbase”-nin siyahısında yer alması çətin görünür.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256