BİRJA

Məşhur birjanın rəhbərləri həbs olundu
06 APREL
280

Məşhur birjanın rəhbərləri həbs olundu

2018-04-06 16:02:00

Kriptovalyutalara ən çox rəğbət bəsləyən və ən çox tənzimləmələr tətbiq edən ölkə Cənubi Koreyadır.

Buradakı “Coinnest” birjasının icraçı direktoru Kim İk-Kvan və şirkətin baş direktor köməkçisi həbs olunub.

Salanılan şəxslərin pullarını öz hesablarına köçürdükləri açıqlanıb.

Bundan başqa, ölkədə fəaliyyət göstərən və cinayət əməllərində şübhəli bilinən digər kriptovalyuta birjaları haqqında da istintaq işi başlanılıb.

“Coinnest”-dəki həbslər polisin ötən ay “Yeouido”-da əməliyyat görən 3 kriptovalyuta birjasına basqınından sonra reallaşıb.

Koreyadakı rəsmi qurumlar ötən il kriptovalyuta birjaları üçün daha şəffaf əməliyyat zəruriliyi tələb edən tənzimləmələri qüvvəyə qoymuşdu.

“Coinnest”-in ölkənin 5-ci ən böyük kriptovalyuta birjası olduğu bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254