BİRJA

Kiçik klublarında hər ay milyardlarla dollar alıb-satırlar
04 APREL
278

Kiçik klublarında hər ay milyardlarla dollar alıb-satırlar

2018-04-04 18:26:00

Kriptovalyuta sahəsində böyük oyunçular OTC ticarəti üçün öz şəbəkələrini qurdular və kiçik klublarında hər ay milyardlarla dollar alıb-satırlar. “Wall Street” tacirlərinin iştirak etdiyi bu klub “Bloomberg” və ya “Symphony” kimi tətbiqlər istifadə etmək əvəzinə yalnız “Skype” istifadə edir.

Təxminə 20 üzvdən ibarət olan qrup aylıq milyardlarla dollar əməliyyat həcminə malikdir. Qrupun üzvləri arasında böyük investorlar, mədənçilər, ödəniş təminatçıları və sərbəst fond menecerləri var. Bu qrupun nümayəndələri “Coinbase” və ya “Kraken” kimi daxili birjalardan istifadə etmək əvəzinə “Skype”-da danışaraq bir-biri üçün böyük imkanlar yaradırlarvə hər hansı bir vasitəçi quruluş istifadə etmədən bir-birinin cüzdanlanna birbaşa köçürmə edirlər.

“Reuters”-in məlumatına görə, bu kimi qrupların gündən-günə artan əməliyyat həcmi 100 milyon dollara çatır. Məsələn, OTC-nin ötən ilki orta əməliyyat həcminin 4 milyard dollar olduğu bildirilir.

OTC potensial problemlərin qarşısını almaq üçün KYC uyğunluq standartlarını təqib edir və yalnız bir neçə altcoin və Bitcoin ilə əməliyyat reallaşdırır. “Skype”-ı üstün tutmalarını isə “qlobal və azad bir tətbiqə ehtiyacımız vardı. “Skype” bizi bununla təmin etdi”, – deyə açıqlayıblar.

Niyə OTC?

Məşhur kriptovalyuta sahələrinin xaricində əməliyyat reallaşdırmaq, birja kiber hücumları durumunda yarana biləcək riskləri idarə etmək kimi baxıla bilər. OTC qrupn üzvlərindən biri bu vəziyyəti, “böyük hücumlar reallaşdırıldığında, işin hara gedə biləcəyini görürük” sözləri ilə izah edib.

Qrupun bu yolu seçdiyinin digər səbəbi isə bazar dəyişkənlikləri ilə mübarizə aparmamaq istəyidir.

“Galois Capital” fondunun qurucusu Kevin Zhou “Bazarda çox hərəkət etmədən reallaşdırmaq istədiyiniz böyük əməliyyat hərəkətini OTC-də edə bilərsiniz”, – deyə vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0700
  • ₽ RUB
    0.0273