BİRJA

Kriptovalyuta şirkətləri Asiyanı tərk edirlər
03 APREL
299

Kriptovalyuta şirkətləri Asiyanı tərk edirlər

2018-04-03 01:49:00

Kriptovalyuta sənayesində səhnəarası bir sıra hadisələr cərəyan edir. Asiyadakı bəzi kriptovalyuta şirkətləri başqa mərkəzlərə köçürlər. Dünyanın bu hissəsində mürəkkəb hüquqi tənzimləmələrə nəzər salsaq, bəzi dəyişikliklər o qədər də qeyri-adi deyil.

Asiyanın kriptovalyutalara dair qanuni tənzimləmələri

Hüquqi tənzimləmələr baxımından Asiyadakı vəziyyət mürəkkəbdir. Yaponiyada Bitcoin və digər kriptovalyutalar qanuni sayılır. Ancaq yerli birjalar dövlətin rəsmi maliyyə tənzimləyicisi FSA tərəfindən bir çox yoxlanışa tabe olur. B,u uzunmüddətli müsbət inkişaf olsa da, qısa müddətdə bəzi şeylərə əl gəzdirə bilər.

Cənubi Koreya hazırda kriptovalyuta birjaları üçün ən böyük regiondur. Eyni zamanda, hökumət bir çox məsələləri yaxından izləyir. Çin isə hələ də kriptovalyutalara müsbət yanaşmır, bununla belə, Bitcoin və altcoin ticarəti üçün öz anti-CNY (Çin Yuan Renminbi) ticarət sistemini davam etdirir. Bəzi şirkətlər üçün Avropaya köçmək daha əlverişlidir.

Onlarla şirkətin Avropaya köçüb-köçməməsi başqa mövzudur. Son həftlərdə 2 şirkət bunu reallaşdırdı. Bu, getdikcə kütləvi xarakter almağa başladı. Bütün belə hadisələr Avropanın digər qitələrlə müqayisədə kriptovalyutalar üçün daha yaxşı imkanlar təklif etdiyinə işarədir.

Avropaya köç

Bitcoin birjası olan “Bitfinex” Asiyadan İsveçrəyə köçmək planını bildirmişdi. İsveçrədə məskunlaşmağı düşündükləri bölgə Zuq “kriptovalyuta vadisi” adlandırılır. Bölgə həmçinin öçünü blockchain və Bitcoin üçün mərkəz halına gətirmək istəyir.

“Binance” birjası da son günlər atdığı addımlarla çoxlarını təəccübləndirdi. Şirkətin Maltaya köçməsi gözlənilmirdi. Ölkə prezidentinin açıqlamasına görə, Malta bu bazarda özünü “kriptovalyuta şirkətləri üçün cənnət” kimi təqdim etmək istəyir.

Bəlkə də ən böyük sürpriz Cənubi Koreyanın internet nəhəngi “Kakao”-nun köçməsi oldu. Şirkətin ICO reallaşdırıb-reallaşdırmaması bəlli olmasa da, bazara çıxarmağa planlaşdırdıqları blockcain platforması üçün işlər davam etdiriləcək. Asiyadan kənarda bir mağaza açma ehtimalı yüksəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256