BİRJA

Kriptovalyutalar yoxsa Mərkəzi Banklar ? Hansı daha güclü olacaq?
02 APREL
218

Kriptovalyutalar yoxsa Mərkəzi Banklar ? Hansı daha güclü olacaq?

2018-04-02 13:54:00

Marşal adalarından başlayaraq Saxalin adalarına qədər  bütün dünya kriptovalyuta müzakirələrinə qatılıblar. Birjalarda kriptovalyutaların qiymətinin enməsindən sonra  ölkələrin mərkəzi bankları milli kriptovalyutaların  emissiyası barədə düşünməyə başladılar. Bu rəqəmsal pullar ikinci dərəcli valyutalar olmayacaq. Belə ki, mərkəzi bankların  komersiya kreditorlarına və beynəlxalq valyuta bazarına təsir etməklə  kriptovalyutaları bazarda əsas oyunçu edə bilərlər.

Hazır ki, valyutalar bütün dünyada müəyyən bir tələbin və vəziyyətin yaranmasından sonra peydə olublar. Lakin tarixə nəzər salsaq görərik müasir maliyyə sistemini bütün dünyada məhz Böyük Britaniya formalaşdırıb.

İngiltərədən olan qızıl tacirləri tarixdə ilk dəfə olaraq  birja notları buraxmağa başlayıblar ( bu da faktiki olaraq pul əskinazı olub).  Daha sonra bu sistem inkişaf edərək özəl bankların yaranmasına səbəb olub. Daha sonra isə hər bank öz valyutasını buraxmağa başlayıb. Lakin hər bankın pul tədavülə buraxması hiperinflyasiyaya səbəb olub ki, bunun qarşısını almaq üçün Böyük Britaniya bir böyük bank seçir və milli valyutanın emissiyasını bu banka həvalə edir. Beləliklə də ilk Mərkəzi Bank yaranır.

Hazırda İngiltərə Mərkəzi Bankı və ABŞ-ın Federal Ehtiyyatlar Sistemi  milli kriptovalyutanın buraxılması barədə məsələni araşdırırlar.

İsveçrənin Mərkəzi Bankı RiskBank maksimum dərəcədə intellektual və texniki resursları milli kriptovalyutanın yaradılmasına yönəldib.

Xatırladaq ki, Venesuela artıq Petro adlı milli kriptovalyutasını təqdim edib.

Milli rəqəmsal pulların emissiyası  ciddi nəticələrə səbəb ola bilər. İlkin olaraq kriptovalyutalar tranzaksiyaların effektivliyini artıracaq. Mərkəzi Banklar tərəfindən kriptovalyutaların buraxılması komersiya kreditorları üçün ciddi problem yarada bilər. Rəqəmsal valyutalara mərkəzi bankların təminat verməsi  özəl bankların öz kredit siyasətlərinə yenidən baxmağa məcbur edəcək.

 

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256