BİRJA

1-ci rüb kriptovalyuta bazarı üçün necə oldu?
02 APREL
185

1-ci rüb kriptovalyuta bazarı üçün necə oldu?

2018-04-02 00:02:00

Kriptovalyuta investorları üçün birinci rüb heç də ürək açan olmadı. Əvvəlki müddətdə 19,694.69 dollar olan bitcoin 2018-ci ilə 14 min dollar olaraq qədəm qoydu.  Buazmış kimi sonrdan qiymətdə böyük enmə müşahidə olundu.

Fevralın 6-na isə kriptavalyuta bazarı 5,947.40 dollar ucuzlaşmaqla 58% dəyər itirdi. 17 dekabr tarixindən bitcoində ucuzlaşma 70% çatdı.

Bu ilin 1-ci rübündə kriptovalyuta kapitallaşması 618 milyard dollardan 300 milyarda qədər ucuzlaşdı.

 Aparıcı kriptovalyutalardan heç biri bu rübdə bahalaşmadı. Bitcoin isə 43.6% ucuzlaşdı.

Uinklevoss qardaşları  bitcoinin 300 min dollar olacağını, Fundstrat dan Tom Li isə ilin sonuna bitcoinin 25 min dollar olacağını güman edirlər.

“Goldman Sachs”ın analitiki Stiv Stronqin isə hesab edir ki,5-10 ildən sonra indiki kriptovalyutaların bir      çox mövcud olmayacaq.  O hazırki kriptovalyutaları bir zaman internet yeni yarananda mövcud axtarış sistemlərinə xatırladır hansı ki indi fəaliyyət göstərmirlər.

“Deutsche Bank”ın analitikləri isə hesab edirlər ki, yaxşı ya da  pis  bitcoin ənənəvi  bankinqlə müqayisədə mənfi və müsbət cəhətləri ilə ödəniş alətidir baxmayaraq ki, o ucuzlaşır.

Müəllif: Xeybər Heydərov 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276