BİRJA

Məşhur avtomobil şirkəti ödənişləri Bitcoin ilə qəbul edəcək
01 APREL
518

Məşhur avtomobil şirkəti ödənişləri Bitcoin ilə qəbul edəcək

2018-04-01 02:13:00

Martın 27-də “BitFlyer”-dən verilən açıqlamaya görə, Yaponiyanın lüks avtomobil satıcısı “L’Operaio” Tokioda yerləşən birja “bitFlyer” cüzdanı istifadə edən müştərilərindən Bitcoin ilə ödəniş qəbul edəcək.

Açıqlamaya görə, “bitFlyer” istifadəçiləri 100 milyon yenə (942 min dollar) qədər ödənişlərini QR kodu ilə bir neçə saniyədə reallaşdıra biləcəklər.

BTC seçimi əvvəlcə yalnız Tokiodakı üç mağazada – “Setagaya”, “Nerima” və “Aoyama”-da istifadə ediləcək, ancaq hədəf vaxt keçdikcə şəbəkəni genişləndirməkdir.

Bu ilin yanvar ayında “bitFlyer” Avropa Parlamentindən bir ödəniş agentliyi lisenziyası alıb və öz CEO-sunun təbirincə desək, “dünyanın ən yaxşı rəqəmsal valyuta birjası” olmaq əsas hədəfdir.

Cənubi Koreyanın 8000 pərakəndə mağazaya kripto ödəniş variantı gətirməsi və Şimali İrlandiya əmlakçılarının mülk qarşılığında BTC qəbul etməsi BTC ilə pərakəndə ödəniş fikrini daha da dərinləşdirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259