BİRJA

London birjasında bu bondlar qadağan olunacaq - Rusiya bankları "cəld tərpənib"
30 MART
496

London birjasında bu bondlar qadağan olunacaq - Rusiya bankları "cəld tərpənib"

2018-03-30 13:00:00

Böyük Britaniya və Avropa Birliyinin qanunlarında olan boşluq Rusiya banklarına London birjasında Rusiya bondlarına satmağa imkan yaradıb. Satışların əsas təşkilatçısı Rusiya VTB Bankı olub. Fins.az The Guardian dərgisinə istinadən xəbər verir ki, Böyük Britaniyanın Baş Naziri Tereze Mey London birjalarında Rusiya bondlarının satışını qadağan edəcək lahiyəni nəzərdən keçirir.

Məlumata görə, ötən ay Rusiya bankları tərəfindən 4 milyard dollar həcmində bondlar ticarət olunub ki, bu pullar da Rusiya dövlətinin borclarının bağlanmasına sərf olunub. Qeyd edək ki, bütün bu baş verənlər Rusiya banklarının maliyyə sanksiyaları altında olduqları fonda baş verib.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0256