BİRJA

Bitcoin ucuzlaşmaqda davam edir
30 MART
181

Bitcoin ucuzlaşmaqda davam edir

2018-03-30 10:54:00

Bu gün səhər saatlarında Asiyanın kriptovalyuta bazarlarında bitkoinin qiyməti 7 000 dollardan da aşağı düşüb. Hazırda bitkoin 6 800 dollara satılır. 

Bununla yanaşı altkoinlərin qə qiyməti azalıb və nəticədə bazarın məcmu kapitallaşması ötən il noyabrın 24-dən bəri ən aşağı həddə - 249 mlrd. ABŞ dollarına düşüb. Bu, indiyə qədər qeydə alınmış rekord həddən (bu il yanvarın 7-də 834 mlrd. dollar olub) 585 mlrd. dollar və yaxud 70% azdır.

"Report"un analitik qrupu bildirir ki, kriptovalyuta bazarında ucuzlaşmaya səbəb qlobal miqyasda tənzimləyici qurumların bazarı təzyiq göstərməsi, həmçinin sosial media təşkilatlarının bazardan uzaqlaşmasıdır. Sosial xəbər saytı "Reddit" bitkoinlə ödənişlərdən imtina etdiyini, "Twitter", "Facebook" və "Google" kriptovalyutaların ilkin yerləşdirilməsini (ICO) reklam etməyəcəklərini bildiriblər.

"TF Global Martkets" şirkətinin baş analitiki Naem Aslam (Naeem Aslam) bildirib ki, bitkoin satış təzyiqi ilə üzləşib və bərpa olunma şansı çox azdır: "Texnologiya nəhənglərinin ICO qadağaları bunda əsas rol oynayıb".

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0862
  • ₽ RUB
    0.0278