BİRJA

Ən perspektivli səhmlərə pul yatırmağa AzFinance kömək edəcək
29 MART
290

Ən perspektivli səhmlərə pul yatırmağa AzFinance kömək edəcək

2018-03-29 14:53:00

Səhmlərin alınması bu gün ən çox istifadə olunan investisiya alətlərindən biri olaraq qalır. Bu qiymətli kağızları populyar edən amil, onların bir neçə danılmaz üstünlüyə malik olmasıdır.

Səhmlərə pul yatırmağın ən əsas müsbət tərəflərindən biri digər alətlərlə müqayisədə daha çox gəlir əldə etmək imkanlarının mövcud olmasıdır. Səhmlər vasitəsilə pul qazanmağın iki yolu var - şirkətin mənfəətindən ayrılan dividendlərin alınması və səhmlərin cari qiymətindən asılı olaraq onların alqı-satqısı. Burada səhmlərin digər üstünlüyünü də xatırlatmaq yerinə düşər. Bu, onların yüksək likvidliyidir, yəni bir çox şirkətlərin səhmlərini dərhal satıb, pula çevirmək olar. Artıq sadalanan səbəblərdən savayı, səhmləri cəlbedici edən digər bir məqam isə onarla bağlı əməliyyatların səffaflığı və sadəliyidir. Şübhəsiz ki, riskləri də unutmaq olmaz: səhmələrin qiyməti artdığı kimi, aşağı da düşə bilər. Amma düzgün şəkildə aparılmış investisiya təhlili bu riskləri öncədən görməyi və uzunmüddətli dövrdə səhmləri bahalaşacaq şirkətləri seçməyi mümkün edir.

Səhmlərə investisiya yatırmaq baxımından böyük gələcək vəd edən, iri şirkətlər arasında Qualcomm xüsusilə seçilir. ABŞ-ın məşhur Qualcomm şirkəti mobil prosessorların istehsalı bazarının liderlərindən biridir. Bu gün bir çox smartfon və planşetlər bu şirkətin çipləri ilə təchiz edilir. Son illər ərzində şirkət stabil yüksək mənfəət göstəriciləri ilə işləyir. Hal-hazırda investorlar bu şirkətin fəaliyyətini diqqətlə izləyir, onun səhmlərini almağa çalışırlar, çünki fevral ayında mobil cihazlar bazarına Qualcomm prosessorları üzərində işləyən bir neçə flaqman smartfon çıxarılacaq. Bunların sırasında Xiaomi Mi7 və SamsungGalaxyS9 qeyd etmək olar. Bu cihazların uğurlu satışı mütləq Qualcomm-un maliyyə göstəricilərini yaxşılaşdıracaq və səhmdarların gəlirlərinin artırılmasına gətirib çıxaracaq. AzFinance şirkətinin proqnozlarına əsasən, 1-2 il ərzində Qualcomm şirkətinin səhmləri 30% bahalaşacaq. Bu rəy peşəkarlar tərəfindən, Qualcomm-un göstəricilərinin hərtərəfli, müfəssəl təhlilindən sonra verilib.

Qualcomm-un səhmlərini Azərbaycan vətəndaşları da əldə edə bilərlər. Yerli ivestorlar üçün Qualcomm-un səhmlərinə pul yatırmaq zəngin valyuta gəlirləri mənbəsi  və portfelin şaxələndirilməsi üçün gözəl üsul ola bilər. Azərbaycanda geniş yayılmış fikrin əksinə olaraq, xarici şirkətin səhmlərini almaq o qədər də böyük zəhmət və vaxt tələb edən bir iş deyil. Bunun üçün yalnız AzFinance şirkətində hesab açmaq kifayətdir. Şirkətin əməkdaşları bütün texniki məsələləri həll edib, investora lazımi məsləhətləri verəcəklər.Broker hesabını açmaq üçün minimal məbləğ $5000 təskil edir.

“AzFinance” şirkətinin ofisi N.Nərimanov, 206 ünvanında yerləşir. Poçt indeksi – AZ1065. Əlaqə telefonu: (012) 310 33 30. Şirkətin sosial şəbəkələrdə ünvanları:

Telegram https://t.me/AzfinanceInvestment

Instagram @Azfinance

Twitter @Azfinance2

Facebook https://www.facebook.com/AzFinanceInvest/

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267