BİRJA

Mərkəzi Bank tərəfindən buraxılmış qısamüddətli notlar üzrə növbəti hərrac keçirilib
28 MART
244

Mərkəzi Bank tərəfindən buraxılmış qısamüddətli notlar üzrə növbəti hərrac keçirilib

2018-03-28 13:11:00

AzFinance İnvestisiya şirkətindən Fins.az-a verilən məlumata əsasən Bakı Fond Birjasında Mərkəzi Bank tərəfindən buraxılmış qısamüddətli notlar üzrə növbəti hərrac keçirilib. Məlumat üçün bildirək ki, hərrac zamanı bir bank tərəfindən yalnız 1 (bir) rəqabətli və 1 (bir) qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Bank üzrə sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır (1 rəqabətli və 1 qeyri-rəqabətli olmaqla).

Yerləşdiriləcək Notlar haqqında məlumatları təqdim edirik:
Hərrac tarixi
28.03.2018
Alət
Not (AZN)
Tədavül müddəti
28 gün
Qeydiyyat №
50101267S
Nominal
100 AZN
Hərraca çıxarılan say
2 500 000 ədəd
Nominal üzrə həcm
250 000 000 AZN
Ödəmə tarixi
25 Aprel 2018
Notlar üzrə son hərrac 14 Mart 2018-ci baş tutub. Hərrac zamanı 22 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 039 240 500,00 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 200 000 000 AZN təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259