BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3 dəfədən çox üstələyib
27 MART
188

Maliyyə Nazirliyinin istiqrazlarına tələb təklifi 3 dəfədən çox üstələyib

2018-03-27 18:44:00

Bu gün Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0106005694 ISIN-li, 15 mln. manatlıq, 1 092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fins.az-ın Birjaya istinadən verdiyi xəbərə görə, hərraca 10 investor qiyməti 92,624 manat (12,8798%) - 101,3261 manat (8,3414%) olan 19 sifariş təqdim edib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 97,4621 manat (10,2922%), orta ölçülmüş qiyməti isə 98,6170 manat (9,6989%) müəyyən edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 50 034 300 manat, yerləşdirilmiş həcmi isə 15 mln. manat təşkil edib.

Qiymətli kağızların ödəmə tarixi 23 mart 2021-ci ildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0771
  • ₽ RUB
    0.0276