BİRJA

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilir
27 MART
235

Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilir

2018-03-27 12:33:00

Fins.az AzFinance İnvestisiya şirkətindən verilən məlumata görə, Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilir. Hərrac bu gün saat 11:00-da start götürüb. Yerləşdiriləcək istiqrazlar haqqında məlumatları sizə təqdim edirik:

Hərrac tarixi
27.03.2018
Alət
DOİ (AZN)
Tədavül müddəti
1 092 gün
Qeydiyyat №
AZ0106005694
Nominal
100 AZN
Kupon üzrə illik gəlirlik
9.00%
Kupon ödənişi periodu
182 gün
Hərraca çıxarılan say
150 000 ədəd
Nominal üzrə həcm
15 000 000 AZN
Ödəmə tarixi
23 Mart 2021
1092 günlük DOİ-lər üzrə son hərrac 27.02.2018-ci ildə baş tutmuşdur.

Hərrac zamanı 10 investor tərəfindən qiyməti intervalı 88.6160 AZN (17.0000%) və 110.7638 AZN (7.9000%) olan 18 sifariş təqdim edilib
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 105.6011 AZN (9.8000%), orta ölçülmüş qiyməti 107.7699 AZN (8.9877%) müəyyən edilib
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 53.264.700 AZN, yerləşdirilmiş həcmi isə 15 mln manat təşkil edib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271