BİRJA

26 milyon amerikalı kriptovalyuta alıb
26 MART
304

26 milyon amerikalı kriptovalyuta alıb

2018-03-26 22:07:00

Finder.com Pureprofile saytının köməkliyi ilə amerikalılar arasında sorğu aparıb. Fins.az xəbər verir ki, sorğu nəticəsində məlum olub ki, ABŞ əhalisinin 8% kriptovalyuta alıb.

Elektron qəpiklərin 17.2%-ni millenialların(millenial 1981-2000-ci illərdə anadan olan insanlar) aldığı məlum olub. 2.24% isə X(ikinci dünya müharibəsindən sonrakı illərdə anadan olan ) insanların aldığı bildirilir. ABŞ da kriptovalyuta sahiblərinin  11.86% kişilər, 4.27% isə qadınlardır.

Sorğu nəticəsində həmçinin kriptovalyuta almayan amerikalıların nə üçün bunu etmədikləri məlum olub. Kriptovalyuta almayanlar səbəb kimi bəziləri bu pulların lazımsız olduğunu bildirib digər bir hissəsi isə tranzaksiyalar zamanı tutulan komissiya haqqlarının çox olduqlarını səbəb gətiriblər.

Hazırda ABŞ-da maksimal likvidlik bitcoinə məxsusdur. İkinci pillədə ethereum, üçüncü pillədə isə bitcoin cash yer alır.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259