BİRJA

İlk təminatlı və tənzimlənən kriptovalyuta hazırlanır
25 MART
331

İlk təminatlı və tənzimlənən kriptovalyuta hazırlanır

2018-03-25 12:21:00

İsveçrənin "Saga Foundation" qeyri-kommersiya təşkilatı sabit və anonim olmayan kriptovalyuta yaratmaq istədiyini açıqlayıb. Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə  "Vedomosti" qəzetində məlumat yayılıb, yeni yaradılacaq kriptovalyutada bitkoinin bir sıra çatışmazlıqları aradan qaldırılacaq və maliyyə bazarı tənzimləyicilərini razı salacaq.

Yeni kriptovalyutanı yaradacaq təşkilatın məsləhət şurasına məşhur iqtisadçı, "JPMorgan Chase" bankının idarə heyətinin sədri, İsrail Mərkəzi Bankının keçmiş rəhbəri Yakob Frenkel, Nobel mükafatı laureatı Mayron Şoulz (Myron Scholes) və VİX volatillik indeksinin yaradıcılarından Den Qalay (Dan Galai) daxildir.

Saga kriptovalyutasının volatil olmayacağı gözlənilir. Belə ki, Saga banklarda yerləşən pul ehtiyatları ilə təmin ediləcək. Bu ehtiyatlar Beynəlxalq Valyuta Fondunun (IMF) xüsusi borcalma hüququ (SDR) olan valyutalarda olacaq. Qeyd edək ki, SDR səbətindəki valyutalar ABŞ dolları, avro, yen, funt sterlinq və yuandır. Saga sahibləri istədikləri vaxt kriptovalyutanı nağdlaşdıraraq pullarını geri götürə biləcəklər. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279