BİRJA

Bitcoin almaq üçün ən ideal vaxtdır
22 MART
482

Bitcoin almaq üçün ən ideal vaxtdır

2018-03-22 23:41:00

“Fundstrat Global Advisors”-un həmtəsisçisi olan və “Wall Street”-də Bitcoin ilə bağlı strateşi işlərlə yadda qalan Tom Li qatıldığı televiziya proqramında bazarlar ilə əlaqəli fikirlərini ifadə edib. 

Xüsusilə keçdiyimiz günlərdə təşkil edilən G20 toplantısından gələn müsbət xəbərlərdən sonra bir çox mütəxəssis, analitik kriptovalyutalara istiqamətlənən açıqlamalar verib. Li də həmin mütəxəssislər sırasındadır.  Fins.az Kripto.az-a istinadən xəbər verir ki, onun fikrincə, investorlar üçün Bitcoin artıq daha balanslı məhsul halına gəlib və həmin məhsulun qiymətinin arması üçün böyük potensial var. G20 üçün xüsusi şərhlər verən Li aşağıdakı fikirləri səsləndirib:

“İnsanlar bu toplantıdan sonra daha sərt və mənfi xəbərləri oxumağı gözləyirdilər, ancaq belə olmadı. Ümumiyyətlə, hər hansı bir tənzimləmə iclası keçiriləndə hər kəs çox qorxur və həyəcanlanır. Bu dəfə daha müsbət mesajların verildiyini söyləyə bilərik. Mənim üçün ən başlıcası artıq investorların Bitcoin-ə daha isti münasibət göstərməsi və daha real məhsul olaraq görməyə başlamasıdır. Digər kriptovalyutalar və tokenlər üçün yeni qaydalar, tənzimləmələr tətbiq oluna bilər, ancaq Bitcoin-in bazarda öz mövqeyini möhkəmlətdiyini qeyd etmək lazımdır”.

Bazarı nələr gözləyir?

Xüsusilə, Bitcoin-in rekord qırdığı dekabrın sonlarından bu ya yaşadığı eniş altcoinlərdə daha çox özünü biruzə verdi. Əksər altcoin dollar və Bitcoin ilə müqayisədə daha çox eniş yaşadı. Ancaq Li və komandası bunun çox davam etməyəcəyini söyləyir.

Mövzuyla əlaqədar danışan Li əvvəlcə komandası üçün altcoinin nə demək olduğunu qeyd edib. Bu coinlərin bazar həcminə görə ilk 50-likdən kənarda olduqlarına diqqət çəkib.

Li altcoinlər üçün “ayı bazarı”nın sona çatdığını desə də, onların xüsusilə dəyər qazanacağı vaxt kimi avqustun sonu, sentyabrın əvvəlini proqnozlaşdırır. Bitcoin-in eniş yaşadığı vaxt altcoinlərin əvvəlcə mübarizə apardığını sonra isə eniş trendinə qoşulduğunu bildirən Li altcoinlərin yüksəliş trendinə də daxil olacağına inanır.

Li Bitcoin almaq üçün əlverişli vaxtın olduğunu əlavə edib. Xüsusilə, G20-dən gələn qərarlar, əməliyyat müddətindəki yenilik və digər irəliləyişlər Bitcoin-in alınması üçün ən uyğun zamanın yetişdiyinin göstəricisidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9801
  • ₽ RUB
    0.0270