BİRJA

“Coca-Cola” blockchain əsaslı layihədə iştirak edəcək
19 MART
222

“Coca-Cola” blockchain əsaslı layihədə iştirak edəcək

2018-03-19 10:13:00

Bütün dünyada tanınan “Coca-Cola” şirkəti ilə ABŞ-ın Dövlət Departamenti blockchain texnologiyasına əsaslanan layihə başlatmaq üçün bir araya gələcək. Daha 3 şirkətin qatılacağı layihə dünya müstəvisində işçilərin qeydiyyata alınmasını hədəfləyir.

Beynəlxalq İşçi Təşkilatının açıqladığı məlumata görə, dünyada zorla iş fəaliyyətinə cəlb edilən işçilərin sayı 25 milyondan çoxdur. Çətin şəraitdə işləmək məcburiyyətində qalan bu işçilərin 47% -i Asiya-Sakit okean regionunda yer alır.

Dünyada fəaliyyət göstərən böyük miqyaslı şirkətlər şəkər çuğunduru əldə etmək üçün bəzi ölkələrdə işçiləri ağır şərtlər altında əmək fəaliyyətinə cəlb edirlər. Tənzimləyici qurumlar bu şirkətlərə ölkələrində zorla çalışdırılan işçilərlə bağlı çağırış edib. Dünyadakı işçilərin hüquqlarının qorunmasına xidmət edən “KnowTheChai” əksər qida və içki şirkətinin məcburi əməyə cəlb edilən işçilərlə bağlı üzərlərinə düşən öhdəlikləri yerinə yetirməyə çətinlik çəkdiyini hələ ötən il bildirmişdi.

Məcburi əməyin qarşısını almaq üçün nəzərdə tutulmuş yeni layihə blockchain texnologiyası tərəfindən təklif edilən yoxlama funksiyasından istifadə etməyi nəzərdə tutur. Bundan əlavə, blockchain-in verdiyi rəqəmsal notariat qabiliyyəti sayəsində işçilər və işçilərin müqavilələri təhlükəsiz şəkildə qeydiyyata alınacaq. Beləliklə, dünyada zorla işə cəlb olunanların sayı getdikcə azalacaq.

“Coca-Cola”-nın iş yerləri ilə bağlı hüquq müdafiəçisi Brent Vilton bir hissəsi olmağı hədəflədikləri blockchain əsaslı bu layihə ilə bağlı açıqlama verib:

“Biz bu layihənin qabaqcılları ilə tədarük zəncirimizdə işçilərin müqavilələri ilə bağlı verifikasiya prosesinin effektivliyini və şəffaflığını daha da artırmaq üçün əməkdaşlıq edirik”.

Digər tərəfdən, ABŞ Dövlət katibinin köməkçisi layihə haqqında müsbət yöndə açıqlama verib. Nazirlik bu layihənin dünya müstəvisində məcburi işçilərin hüquqlarını qorumaq üçün reallaşdırılan və blockchain texnologiyasına əsaslanan ilk layihə olduğunu vurğulayıb. Bundan başqa, nazirlik blockchain-in sosial cəmiyyətin inkişafı üçün yaxşı vasitə olduğunu bildirib. Bu cür xəbərlər blockchain texnologiyasının mövcud istifadəsinin daha da şaxələndiyindən xəbər verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267