BİRJA

Bakı Fond Birjasının dövriyyəsi artıb
16 MART
300

Bakı Fond Birjasının dövriyyəsi artıb

2018-03-16 16:49:00

2018-ci ilin yanvar-fevral aylarında Bakı Fond Birjasında (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 4,092 mlrd. manat təşkil edib. Fins.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.

Son bir ildə bağlanmış əqdlərin sayı isə 68,9% artaraq 17 802-yə çatıb.

BFB-nin dövriyyəsinin 46,3%-i və yaxud 1,896 mlrd. manatı törəmə maliyyə alətlərinin payına düşüb. Bu, bir il əvvələ nisbətən 3,2 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri 12,1 dəfə artaraq 1,959 mlrd. manat, səhm bazarı üzrə əqdlərin dəyəri 94,8% azalaraq 0,031 mlrd. manat, istiqraz bazarı üzrə əqdlərin dəyəri 55% artaraq 0,135 mlrd. manat, repo əməliyyatları üzrə əqdlərin dəyəri isə 35,5 dəfə artaraq 0,071 mlrd. manat olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9335
  • ₽ RUB
    0.0255