BİRJA

İnvestorlar üçün əla imkan - ƏKS-REPO
16 MART
284

İnvestorlar üçün əla imkan - ƏKS-REPO

2018-03-16 10:45:00

AzFinance İnvestisiya şirkəti investorlar üçün əla imkan yaradır. Belə ki, adı çəkilən investisiya şirkəti  böyük həcmdə əks-REPO  təklif edir. Əməliyyatın müddəti 11 gündür. Əməliyyat müddəti  2018-ci il mart ayının 27-dək olacaq. Əks–REPO əməliyyatının faiz dərəcəsi isə 4.50% təşkil edir. Maraqlananlar 012 310 33 11 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Xatırladaq ki, əks-REPO əməliyyatı qiymətli kağızın geri satılma öhdəliyi ilə razılaşdırılmış alış əqdidir. Qısa müddətli izafi likvidlik yarandıqda, əlavə vəsaitə ehtiyacı olan tərəfin təklif etdiyi istiqrazlara investisiya edərək razılaşdırılmış müddətdən sonra və qiymətlə (faizlə) geri satma öhdəliyi ilə bağlanan alış əqdidir.

Əks REPO əməliyyatlarının üstünlükləri

• İstəyə uyğun planlaşdırılması və vəsait axınının tənzimlənməsi
• Gəlirliliyin əvvəlcədən müəyyən edilməsi
• Heç bir qiymət dəyişikliyinin gəlirliyə təsir etməməsi
• Bir iştirakçıdan asılılığın olmaması
• Dövlət və korporativ istiqrazlarla aparılması

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277