BİRJA

AMB-nin not hərracında tələb təklifi 5 dəfədən çox üstələyib
14 MART
330

AMB-nin not hərracında tələb təklifi 5 dəfədən çox üstələyib

2018-03-14 18:55:00

Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101167S dövlət qeydiyyat nömrəli, 200 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Hərraca 22 investor qiyməti 99,3812 manat (8,01%) olan 26 sifariş təqdim edib.  Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 039 240 500 manat (təklifdən 5,2 dəfə çox) olub. AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş məbləği 200 mln. manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256