BİRJA

G20 sammitində kriptovalyuta bazarı barədə açıqlanacaq fikirlər məlum olub
14 MART
369

G20 sammitində kriptovalyuta bazarı barədə açıqlanacaq fikirlər məlum olub

2018-03-14 18:34:00

Kriptovalyuta bazarında satışlar dayanmayıb və eyni templə davam edir.  Buna səbəb "Reuters" agentliyinin yaydığı məlumat olub. 

Agentlik martın 19-20-də Argentinanın paytaxtı Buenos-Ayresdə keçiriləcək G20 sammitinin yekun bəyannaməsi ilə tanış olub. Qeyd edək ki, həmin tədbirdə dünyanın inkişaf etmiş ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərləri iştirak edəcək.

Sammitdə kriptovalyuta bazarına nəzarətin gücləndirilməsi ilə bağlı çağırışlar gözlənilir. Maliyyə liderlərinin kriptovalyutaların əsasında duran texnoloji innovasiyaların maliyyə sisteminin effektivliyini yüksəltdiyini qeyd edəcəyi gözlənilir. Bununla yanaşı, bəyannamədə deyilir ki, "Kriptovalyutalar istehlakçı və investorların hüquqlarının qorunması problemini ortaya çıxarıb. Həmçinin, vergidən yayınma, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə aparmaq üçün bazara nəzarət artırılmalıdır. Bu problemlər müəyyən nöqtədə qlobal maliyyə stabilliyinə zərər verə bilər". 

Sammitdə, Fransa və Almaniyanın kriptovalyuta bazarına nəzarət barədə ortaq açıqlamalarının olacağı gözlənilir. Avropa İttifaqı Müşahidə Şurası sədrinin sözlərinə görə, qısamüddətli strategiyada kriptovalyutalarla bank əməliyyatlarına qadağa qoyulması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260