BİRJA

Bu gün AMB tərəfindən buraxılmış qısamüddətli notlar üzrə növbəti hərrac keçiriləcək
14 MART
550

Bu gün AMB tərəfindən buraxılmış qısamüddətli notlar üzrə növbəti hərrac keçiriləcək

2018-03-14 09:39:00

Bakı Fond Birjasından daxil olan məlumata görə, 14 Mart 2018-ci il tarixində 11:00-dan 12:30-dək Mərkəzi Bank tərəfindən buraxılmış qısamüddətli notlar üzrə növbəti hərrac keçiriləcək. Fins.az xəbər verir ki, hərrac zamanı bir bank tərəfindən yalnız 1 (bir) rəqabətli və 1 (bir) qeyri-rəqabətli sifariş təqdim edilə bilər. Bank üzrə sifarişlərin ümumi sayı 2-dən artıq olmamalıdır (1 rəqabətli və 1 qeyri-rəqabətli olmaqla).

Yerləşdiriləcək Notlar haqqında məlumatları sizə təqdim edirik:

Hərrac tarixi

14.03.2018

Alət

Not (AZN)

Tədavül müddəti

28 gün

Qeydiyyat №

50101167S

Nominal

100 AZN

Hərraca çıxarılan say

2 000 000 ədəd

Nominal üzrə həcm

200 000 000 AZN

Ödəmə tarixi

11 aprel 2018


Bildiyiniz kimi, notlar üzrə son hərrac 7 Mart 2018-ci il tarixində keçirilib. Hərrac zamanı 20 investor tərəfindən qiyməti 99.3812 AZN (8.0055%) olan 26 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 830 864 700 AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.0055%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.0055%) müəyyən edilib..
Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 000 000 AZN təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9474
  • ₽ RUB
    0.0260