BİRJA

10 milyon dollarlıq mükafat kampaniyası başladılıb
12 MART
226

10 milyon dollarlıq mükafat kampaniyası başladılıb

2018-03-12 12:10:00

“Binance”-da baş verən və bazarda böyük narazılığa səbəb olan manipulyasiyalardan sonra birja yeni mükafat kampaniyası başladıb.

Viacoin “pump&dump”-ının agentlərinin ələ keçirilməsi barədə məlumatları paylaşan şəxslər 250 min dollar məbləğində mükafatlandırılacaqlar. Potensial hakerlərin yaxalanmasına kömək edən şəxslər üçün 10 milyon dollarlıq vəsait ayrılıb.

Martın 7-də kibercinayətkarlar sahib olduqları “Binance” hesabları ilə Viacoin-in qiymətini pump-ladı. Onların planı əllərində olan Viacoin-ləri yüksək qiymətə satıb, səlahiyyətlilər tərəfindən dayandırılmadan əvvəl Bitcoin-ə keçmək idi. Ancaq birja rəsmiləri qısa müddətdə bu planı əngəllədi. Cinayətkarların apardığı pul çəkilməsi əməliyyatları dayandırıldı və hamısı geriyə qaytarıldı. “Binance” hadisənin iştirakçılarına təzyiqləri artırdı və verdiyi elanla investorlardan kömək istədi.

Hücumda iştirak edən hakerlərin qanuni olaraq tutulmasına gətirib çıxaracaq məlumatları paylaşanları 250 min dollarla mükafatlandıracaq “Binance” ödənişi öz tokeni BNB ilə edəcək. Açıqlama belədir:

“Bununla yanaşı, birjamızda baş verə biləcək qanunsuz kiber müdaxilələrə qarşı başladığımız mükafat kampaniyası üçün 10 milyon dollar ayırmışıq. Digər birjaları və kriptovalyuta şirkətlərini bu kampaniyaya qatılmağa səsləyirik. İstədikləri vaxt bizə müraciət edə bilərlər”.

Bəs, “Binance”-ın bu addımı necə şərh edilir? İlk olaraq birjanın qeyri-qanuni fəaliyyətlərlə mübarizəsinin səmimi olduğunu söyləyə bilərik. Üstəlik, açıq bir ssenarinin olması vəziyyətində də birjanın vəd edilən pulları ödəmək üçün çətinlik çəkməyəcəyi məlumdur.

Ancaq medalyonun digər üzü başqa şeyləri göstərir. Təyin olunan mükafatların çoxsıfırlı olması birjanın öz sərvəti ilə diqqəti cəlb etməsi kimi dəyərləndirilə bilər. “Coinbase” də bir neçə həftə əvvəl oxşar addım atdı və bir qrup tərtibatçıya adambaşına 2500 dollar mükafat verdi. Əsas odur ki, “Binance” bu addımıyla platforma üçün problem yaradan şəxs və ya fəaliyyətin qarşısını almaq üçün olduqca qərarlıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271