BİRJA

Bitkoin yenidən bahalaşıb
12 MART
169

Bitkoin yenidən bahalaşıb

2018-03-12 10:34:00

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin qiyməti yenidən yüksəlməyə başlayıb. Fins.az "CoinMarketCap" portalına istinadən xəbər verir ki, bitkoinin qiyməti 9,12% bahalaşaraq 9,585 min dollar təşkil edib. Alternativ kriptovalyutalar da bahalaşıb. Belə ki, "Ethereum" 5,68% və ya 726,16 dollaradək, "Ripple" 2,62% (0,821 dollara qədər), "Bitcoin Cash" isə 11,71% (1,114 min dollaradək) bahalaşıb.

Kriptovalyuta bazarının kapitallaşması hazırda 387,29 milyard dollar təşkil edir. Bu göstəricinin 42%-ə yaxını bitkoinin payına düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271