BİRJA

"Rahibələr" bitcoini xilas edəcək
11 MART
647

"Rahibələr" bitcoini xilas edəcək

2018-03-11 11:55:00

Məşhur britaniyalı bitcoin-developer  Amir Taaki bitcoini xilas etmək istəyir. Fins.az qərb mediasına istinadən xəbər verir ki, onun xilas planına görə rahibə və rahib həyatı ilə yaşayacaq 5 nəfər əməkdaşı olmalıdır. Bu beş nəfərin xanım olması nəzərdə tutulur. Belə ki, bu xanımlar ətraf aləmdən uzaq olmalı və yalnız bitcoin haqqında düşünməli olacaqlar.  Taaki Wired dərgisinə müsahibəsi zamanı bildirib ki, onun “haker rahibələri” işə Katoloniyadan başlayacaq və onların əsas iş prinsipi ilkin olaraq politik startap olacaq. O əsas işlərinin maliyyə yığımı deyil, məhz siyasi baxışların dəyişilməsdinin əsas məqsəd olduğunu qeyd edib.

Amir Taaki hələ 2015-ci ildə Suriyanın şimalında yerli əhaliyə bu barədə məlumatlar verdiklərini açıqlayıb. Onun nfikrincə bitcoin əhalinin siyasi məsələlərə baxışlarını dəyişdirir.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256