BİRJA

Bu kriptovalyuta sahiblərinin hesabları oğurlanıb
09 MART
194

Bu kriptovalyuta sahiblərinin hesabları oğurlanıb

2018-03-09 10:02:00

Ötən gün “Reddit”-də bəzi “Binance” kriptovalyuta investorları hesablarında planlaşdırılmayan əməliyyatların baş tutduğunu iddia ediblər.

Hadisədən təəccüblənən istifadəçilər fikirlərini belə ifadə ediblər:

– Nələr baş verir, heyrətlə izləyirəm! “Binance” bütün altcoinlərimi satdı və hazırda yalnız Bitcoin-im var. Bunun səbəbi “Binance”-ın kiber hücuma məruz qalmasıdır, yoxsa API botlarının oğurlanması?

– Hesabımdakı bütün aktivlər yox oldu. İndi Bitcoin-im də əlimdən çıxdı. Bitcoin-lərim Viacoin almaq üçün istifadə olunub.

– Mənim də aqibətim eyni olub. Hesabımda yüksək qiymətlərə Viacoin alınıb.

“Binance”-ın əməkdaşı baş verənlərə belə münasibət bildirib:

“Bəzi istifadəçilərimiz hesabları ilə bağlı problemlər yaşayır, bunu araşdırırıq. Komandamız məsələdən xəbərdardır və işini davam etdirir. Səbrli olun, ən qısa zamanda yeniləmə edəcəyik”.

Hücumdan təsirlənən istifadəçilərin əksəriyyəti hesablarında qeyri-adi bir fəaliyyətin olmadığını və 2FA ilə qorunduqlarını bildirib. Hadisədən az adamın zərər çəkdiyi məlum olub. “Binance” hesablardakı çıxarılma əməliyyatını dondurduğunu açıqlayaraq istifadəçilərə bir az rahatlamağa şərait yaradıb. Nəhayət, problemin mənbəyinin API botları olduğu açıqlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271