BİRJA

Prezident seçkilərində blokçeyn texnologiyasından istifadə olunacaq - RUSİYADA
06 MART
243

Prezident seçkilərində blokçeyn texnologiyasından istifadə olunacaq - RUSİYADA

2018-03-06 11:50:00

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VSİOM) exit-polların keçirilməsində blokçeyn texnologiyasından istifadə etməyə hazırlaşır. Fins.az xəbər verir ki, bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir, yeni üsulla exit-pollar marın 18-də Rusiyada keçiriləcək prezident seçkisi zamanı tətbiq olunacaq. 

VSİOM-un baş direktoru Valeriy Fyodorovun sözlərinə görə, əldə olunacaq informasiyaların kiber-hücumlardan qorunması üçün tədbirlər görülüb. Planlaşdırıldığı kimi, martın 12-də blokçeyndə exit-pollarda gedən texnoloji prosesləri əks etdirən və onlayn rejimdə fəaliyyət göstərən blockchain.wciom.ru saytı işə başlayacaq. Layihənin texniki tərəfdən məsuliyyətini "2chain" agentliyi daşıyacaq. Agentliyin menecer-partnyoru Denis Terexov bildirib ki, blokçeyn texnologiyası vasitəsilə saxlanan informasiyanı saxtalaşdırmaq üçün, internetdə olan məlumatların 51%-i dəyişdirilməlidir ki, bu da mümkün deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255