BİRJA

Qeyri-qanuni Bitcoin ticarətinə görə həbs cəzası kəsiləcək
05 MART
330

Qeyri-qanuni Bitcoin ticarətinə görə həbs cəzası kəsiləcək

2018-03-05 23:28:00

ABŞ rəsmiləri “sənədsiz pul köçürmələri”nin arxasınca düşməyə davam edirlər. Yaxın müddətdə yaxalananlar arasında oflayn şəkildə Bitcoin ticarəti edərək 40 min dollar qazanan 24 yaşlı gənc də var.

40 min dollar üçün 1 il müddətinə həbs

Pensilvaniyada yaşayan 24 yaşındakı Eldon Stoun Ross hökumətdən xəbərsiz Bitcoin alqı-satqısı ilə məşğul olduğu üçün bir il azadlıqdan məhrum olunub.

İddialara görə, Ross 2 il boyunca ümumilikdə 1,5 milyon dollar dəyərində Bitcoin satıb. O, bu işdən 40 min dollar qazanıb. Ross həbs cəzası ilə yanaşı, pulları da qaytarmaq məcburiyyətindədir. Onun cəzalandırılmasının əsas səbəbi 2015-2016-cı illərdə lisenziyasız şəkildə pul köçürməsi və həmin pulları xüsusi hesabat vermədən Bitcoin-ə çevirməsidir.

Filadelfiyada işi aparan prokuror Bert Qlenn bunları aparıb:

“Belə hadisləri tez-tez görmürük. Burada ilk dəfə belə bir şikayətlə rastlaşıram.

Əgər insanlar korporativ bazarın xaricində ticarət reallaşdıran Ross kimi birinə müraciət etsələr, daha anonim görünərlər”.

Milli Təhlükəsizlik

Ross Milli Təhlükəsizlik üzrə işləyən gizli federal agentlərə 50 min dollar dəyərində Bitcoin satdığını qəbul edib. Məhkəmə qeydlərinə görə, Ross agentlərin şəxsiyyətlərini müəyyən edən məlumatlar ala bilməyib. Ross kimi ticarətlə məşğul olan şəxslər Müştəri Diaqnozu (KYC) prosedurlarına əməl etmədikləri və Maliyyə Nazirliyinə hesabat vermədikləri üçün çirkli pulların yuyulmasının önünü açırlar.

Qəribədir ki, qeyri-qanuni pul köçürmələri edən zamanın müəyyən bir hissəsində digər cinayətdən dolayı həbsxanada idi. Bir illik cəzası bitdikdən sonra daha 3 il nəzarətdə olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256