BİRJA

84 milyard dollardan siz də pay sahibi olun
05 MART
1054

84 milyard dollardan siz də pay sahibi olun

2018-03-05 16:47:00

Qualcomm simsiz rabitə vasitələrinin hazırlanması ilə məşğuldur. Şirkətin baş ofisi ABŞ–ın Kaliforniya ştatının San-Diyeqo şəhərində yerləşir. Fins.az xəbər verir ki, dünyaca məşhur şirkət 1985-ci ildə İrvin, Yakobs və digərləri tərəfindən təsis edilib. 2006-cı ildə isə Qualcomm Flarion Technologios şirkətini alaraq OFDM sahəsində ən böyük şirkətlərdən birinə çevrilir. 2011-ci ildə isə Qualcomm Atheros Communications-u 3.1 milyard dollara almaqla daha da güclənir. Hazırda Qualcomm şirkətinin səhmləri durmadan bahalaşan şirkətlərdən biridir.  Qualcomm İnc-in artım potensialı 23% dır. Kapitalı isə 84.11 milyard dollar təşkil edir. Qualcomm-un mənfəət gəlirliyi 8.23% artaraq 5.71 milyard dollara çatıb. Ekspertlər şirkətin səhmlərini almağı tövsiyə edir. Şirkətin səhm göstəriciləri isə aşağıdakı kimidir.

Artım potensialı: 23%
Dividend gəlirliyi: 3,79%
Cari qiymət: $63,76
Tövsiyə edilən portfel payı: 2%

Məlumat üçün bildirək ki, şirkətin səhmlərinin alışı barədə 012 310 33 30  telefon nömrəsi ilə əlaqə saxlayaraq AzFinance İnvestisiya şirkətindən daha ətraflı məlumat əldə etmək olar.

Müəllif: Xeybər Heydərov 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9921
  • ₽ RUB
    0.0273