BİRJA

Kanadadan Bitcoin mədənçiliyi ilə bağlı yeni qərar
05 MART
266

Kanadadan Bitcoin mədənçiliyi ilə bağlı yeni qərar

2018-03-05 15:20:00

Kanadanın şərqindəki ən böyük əyalətlərdən biri olan Kuebek əyalətindən Bitcoin mədənçiliyi ilə bağlı məlumat verilib. Bir gün əvvəl keçirilən konfransda danışan hökumət nümayəndələri əyaləti elektriklə təmin edən “Hydro-Quebec” şirkəti vasitəsilə Bitcoin mədənçilərinə ucuz elektrik təklif etməyi düşünmədiklərini bildiriblər.

Montreal şəhərində keçirilən konfransda iştirak edən Kuebek əyalətinin rəhbəri Filip Kuillard iqtisadiyyata “əlavə dəyər” vermədən Bitcoin mədənçiliyi ilə məşğul olmağın uyğunsuzluğundan danışıb. Kuillardın bu mövzudakı açıqlamaları əvvəllkilərdən fərqlənib. O, əvvəl məsələyə belə münasibət bildirsə də “Burada məskunlaşmaq və Bitcoin mədənçiliyi etmək istəyirsinizsə, edin. Bu, bizim üçün maraqlı deyil”. Hazırda isə bu cür olub: “Cəmiyyətimizə qazandırılan bir dəyərin tapılması lazımdır. Mədənçilik əməliyyatları aparmaq üçün serverə sahib olmaq və yeni Bitcoin-lər əldə etmək proseslərində cəmiyyətə qatılan əlavə bir dəyər görmürəm”.

Mədənçilik sahəsində yaşanan son hadisələrdən sonra Kuebek bu il kriptovalyuta mədənçilərinin marağına tuş gəlib. Çin və dünyanın digər ərazilərindən gələn şirkətlər ucuz elektrik almaq üçün “Hydro-Quebec”-ə axın ediblər.

Yanvarda 30-dan çox şirkət ərizə ilə müraciət edib. Nəticədə, “Hydro-Quebec” müraciət edən bəzi şirkətləri enerji ilə təmin edə bilməyəcəyini bildirib. Verilən məlumatlara görə, əyalətdəki mədənçilər tezliklə vergiyə cəlb olunacaq.

“Hydro-Quebec”-in CEO-su Erik Martel mövzu ilə əlaqədar bunları qeyd edib:

“Əgər müraiət edən hər bir Bitcoin mədənçisini qəbul etsək, yeni problemlər yarana bilər. Edə biləcəklərimizin də sərhəddi var. Böyük potensiala malik bir şəbəkəmiz var, ancaq bütün dünyanı təmin edə bilmərik”.

Kanadadakı bu vəziyyətdən istifadə edən Nyu-York rəsmiləri ötən ayın əvvəllərində əyalət daxilində Bitcoin mədənçiliyinə icazə verildiyini açıqlayıb. Hökumət nümayəndələri bu sektorun gətirdiyi iş imkanlarına və yerli ictimaiyyətə təqdim etdiyi dəyərlərə diqqət çəkiblər.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255