BİRJA

Bu investisiya şirkəti sərmayələrini artıracaq
05 MART
280

Bu investisiya şirkəti sərmayələrini artıracaq

2018-03-05 12:12:00

"Azərbaycan İnvestisiya Şirkəti" ASC (AİŞ) Xəzər Beynəlxalq İnvestisiya Şirkətində 24,1% paya malikdir. Bunu AİŞ-in ötənilki fəaliyyətinə dair mətbuat konfransında qurumun icraçı direktoru Rövşən Nəcəf deyib. Fins.az Report-a istinadən xəbər verir ki,bundan başqa, onun sözlərinə görə, yaxın vaxtlarda Xəzər Beynəlxalq İnvestisiya Şirkəti sərmayələrini artıracaq: "İndiyə qədər şirkət 13 layihəyə investisiya yatırıb. Gələcəkdə kənd təsərrüfatı, qida, daşınmaz əmlak sahələrinə investisiya qoyuluşu olacaq".

R.Nəcəf onu da deyib ki, xarici şirkətlər Azərbaycan ərazisindən hab kimi istifadə etməkdə maraqlıdır: " Avropa, Türkiyə və Hindistan şirkətləri ilə əczaçılıq sahəsində danışıqlar aparılır. Onların Azərbaycandan regional hab kimi istifadə etməkdə maraqları var".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9230
  • ₽ RUB
    0.0255