BİRJA

Bu investisiya şirkəti nizamnamə kapitalını iki dəfə artırıb
05 MART
202

Bu investisiya şirkəti nizamnamə kapitalını iki dəfə artırıb

2018-03-05 12:07:00

"PSG-Kapital İnvestisiya Şirkəti» Qapalı Səhmdar Cəmiyyəti nizamnamə kapitalını ikiqat artırır. Fins.az -a verilən məlumata görə,«PSG-Kapital İnvestisiya şirkəti» QSC nizamnamə kapitalını artırır. Şirkətdən verilən məlumata görə, artım nəticəsində nizamnamə kapitalının həcmi iki qat artaraq 2 milyon manata yüksələcək. Bununla da «PSG-Kapital İnvestisiya şirkəti» QSC ölkədə nizamnamə kapitalı ən yüksək olan investisiya şirkətinə çevriləcək. Kapitalın artırılması əlavə səhm buraxılışı hesabına həyata keçiriləcək. Bu addım çərçivəsində hər birinin nominal qiyməti 1 000 AZN olan əlavə 1 000 ədəd səhm buraxılması nəzərdə tutulur. Maliyyə Bazarlarına Nəzarət Palatası səhm emissiyasını qeydiyyata alıb. Səhm yerləşdirilməsi və kapitalın artırılması yaxın vaxtlarda həyata keçiriləcək.

Müəllif: Xeybər Heydərov 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256