BİRJA

Bitcoin əməliyyatlarını daha əlverişli şərtlərlə reallaşdırmaq mümkün olacaq
25 FEVRAL
212

Bitcoin əməliyyatlarını daha əlverişli şərtlərlə reallaşdırmaq mümkün olacaq

2018-02-25 22:48:00

“Coinbase” birjasına aid əməliyyat platforması “GDAX” SegWit yeniliyini öz platformasına tətbiq edəcəyini qeyd edib. 2018-ci il fevralın 23-də yayılan məlumata görə, platformada aparılan Bitcoin əməliyyatlarını daha əlverişli şərtlərlə reallaşdırmaq mümkün olacaq. Fins.az Kripto.az-a istinadən xəbər verir ki,“GDAX” platforması SegWit texnologiyasını Bitcoin-in inkişafı üçün atılan vacib addım kimi dəyərləndirib və istifadəçilərə yaxın vaxtda bu yenilikdən yararlanacaqlarını bildirib. Məlum olduğu kimi, “Coinbase” platforması SegWit xüsusiyyətini tətbiq etmək üçün testlərin başa çatdırıldığını və SegWit dəstəkli əməliyyatların tədricən başlanacağını fevralın 20-də elan etmişdi. “GDAX” platformasında ediləcək yeniləmə də bu mərhələdə yer alır. Şirkət növbəti həftəyədək bütün müştərilərinə SegWit dəstəyi verməyi hədəfləyir.

SegWit texnologiyası Bitcoin şəbəkəsində reallaşan əməliyyatların xərclərini və müddətini azaltmaq üçün nəzərdə tutulub. Əksər Bitcoin birjası və xidmət təminatçıları blok aralıqlarının səmərəsiz şəkildə istifadəsindən yaranan problemlərdən dolayı şəbəkədə ciddi təsirlərə məruz qalır. SegWit istifadəçilərin keyfiyyətli xidmətlər almalarına mane olan bu problemi aradan qaldırmaq məqsədi daşıyır.

SegWit xüsusiyyətinin kriptovalyuta platformaları tərəfindən qəbul edilməsi müddətində yeni bir mərhələ yaşanır. 15 Fevral 2018-ci ildə bazara çıxarılan Bitcoin Core-nin sonuncu versiyası ilk dəfə SegWit-i dəstəklədiyini açıqlayıb. Bundan sonra “Coinbase” SegWit eksperimentini tamamladığını elan etdi. Həmçinin “Bitfinex” də müştərilərini SegWit dəstəyi təmin edəcəyini bildirdi.

Dekabr və yanvar aylarında Bitcoin əməliyyat xərcləri bütün bu yeniliklərin fonunda ən aşağı səviyyəyə endi. Beləliklə, Bitcoin ciddi dəyər qazanaraq əvvəlki qüdrətini bərpa etmək üçün çalışdı.

“GDAX” həmçinin Bitcoin şəbəkəsini genişləndirmək üçün yeni variantlar üzərində işləyir. Bu proses “ikinci qat” həll yolu kimi tanınan “Lightning Network” özəlliyini də əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272