BİRJA

Bu ölkə ikinci kriptovalyutanı da çıxarır
25 FEVRAL
337

Bu ölkə ikinci kriptovalyutanı da çıxarır

2018-02-25 11:44:00

Venesuela rəsmi olaraq öz rəqəmsal valyutasına malikdir və ölkə prezidenti bəzi dövlət müəssisələrində bu valyuta vahidinin istifadə olunmasını istəyir. Fins.az Kripto.az-a istinadən xəbər verir ki,“VTV” televiziyası tərəfindən verilən xəbərə görə, Venesuela prezidenti Nikolas Maduro bir neçə şirkətə alqı-satqı əməliyyatlarının müəyyən bir hissəsini Petro ilə həyata keçirməyi göstəriş verib.

Maduro Petronun ön satışı elanı zamanı bunları deyib:

“PDVSA”, “Pequiven” və “CVG” şirkətlərinə bu gündən etibarən satışların və alış əməliyyatlarının bir qismini Petro vasitəsilə reallaşdırılmağı tapşırdım”.

Həmin üç şirkət ardıcıllığı ilə; “PDVSA”, Venesuela hökuməti ilə yanaşı ABŞ sanksiyalarının hədəfində olan, dövlətə neft və təbii qaz şirkəti, “Pequiven”, neft-kimya firması və “Corporacion Venezolana de Guyana” (CVG), filialları alüminium və qızıl istehsalçıları olan və mərkəzi olmayan bir holdinq.

Maduro həmçinin vətəndaşların benzin, hava yolu və turizm xidmətlərini rəqəmsal valyutalarla ödəyə biləcəklərini və buna Petronun da daxil olduğunu vurğulayıb.

Digər bir Petro?

Kriptovalyuta cəmiyyəti dövlət dəstəkli coin fikrini yaxşı qarşılayır və buna paralel olaraq hökumət indidən daha bir kriptovalyuta çıxarmaq üçün hərəkətə keçib.

Maduro mübahisəli Petro ön satış qiymətlərindən bir gün sonra kinci rəqəmsal pul vahidi Petro Gold-u gələn həftə planlaşdırdıqlarını bildirib. O, çərşənbə günü verdiyi açıqlamada “gələn həftə daha güclü qızılla dəstəklənən Petro Gold-u bazara çıxaracağıq. Bu, Petronu gücləndirəcək”, – deyə fikir səsləndirib.

Bütün bunlarla yanaşı, Venesuela prezidentinin dediyi fikirlərdən Venesuela Mərkəzi Bankında saxlanılan qızıl ehtiyatlarından, yoxsa qızıl yataqlarından danışdığı məlum deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259