BİRJA

Rusiyanın milli kriptovalyutası olacaq?
25 FEVRAL
191

Rusiyanın milli kriptovalyutası olacaq?

2018-02-25 11:30:00

Rusiyanın milli kriptovalyutasını çıxarması növbəti dəfə müzakirə olunub. Rusiya Maliyyə Nazirliyi dövlətin müdaxilə etmədiyi təqdirdə, milli kriptovalyutaya qarşı olmadığını açıqlayıb. Fins.az Kripto.az-a istinadən xəbər verir ki, Rusiya yerli mətbuatına görə, maliyyə naziri Anton Siluanov ölkə prezidenti Vladimir Putinə kriptovalyutalar mərkəzsiz texnologiyaya əsaslandığı üçün mərkəzi bir rubl yaratmağın qeyri-mümkün olduğunu söyləyib.

Dövlətin daha çox məlumatlandırılması lazımdır

Putinin “cryptoruble” adlandırılan milli kriptovalyuta çıxarma ehtimalının araşdırılması tələbini cavablayan Siluanov Rusiya hökumətinin kriptovalyutalar mövzusunda daha çox məlumatlandırılmasının lazım olduğunu qeyd edib. Həmçinin, Maliyyə Nazirliyi 29 yanvar tarixli bir sənədə görə, hökumətin söz haqqının olmaması şərtiylə, maliyyə qurumlarının nəzarətində yaradılacaq milli kriptovalyutaya etirazının olmadığını bildirmişdi.

“Interfax”-ın verdiyi məlumata görə, Siluanov bu tip istehsalın teniki xüsusiyyətləri göz önünə alındığında, mərkəzləşdirilmiş bir milli kriptovalyutanın çıxarılmasının qeyri-mümkün olduğunu bildirib. Siluanov “kriptovalyutalar mərkəzi olmayan qeyd tenologiyasına əsaslanır”, – deyə əlavə edib. Nazirin qeyd etdiyi səbəblərdən dolayı Maliyyə Nazirliyi kriptovalyutaları maliyyələşdirmək üçün dövlət fondlarından istifadə etmək istəmir.

Anton Siluanov paylanmış notebook texnologiyasının istifadə edilməsinin hüquqi və texnoloji məhdudiyyətlər yaratdığını ifadə edib. Ona görə də Blockchain texnologiyası istifadə edən Bitcoin və Ethereum kimi kriptovalyutaların reallaşdırdıqları əməliyyat sayı nisbətən azalacaq.

Maliyyə nazirinin hazırladığı sənəddə həmçinin gizlilik təmin edilmədiyinə görə Blockchain texnologiyasının hərbi məqsədlər üçün istifadəsinin mümkün olduğu barədə də xəbərdarlığa toxunulub. Siluanov Blockchain əməliyyatlarının tamamilə anonim və izlənilməsi qeyri-mümkün faktına qarşı sərt mövqe sərgiləyir.

Cryptoruble anlaşılmazlığı

Rusiya Mərkəzi Bankı əvvəlcə milli kriptovalyutanın yaradılması fikrini müdafiə etsə də, Siluanovun köməkçisi Aleksey Moyzev dekabrda Maliyyə Nazirliyinin Cryptoruble-un “qeyri-mümkün” olduğunu açıqladı. Ortaya çıxan yeni sənəd isə nazirlik və Mərkəzi Bank arasında milli kriptovalyuta mövzusundamövqelərin üst-üstə düşmədiyinin nəticəsi ola bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0981
  • ₽ RUB
    0.0279