BİRJA

İran da kriptovalyuta buraxacaq
23 FEVRAL
210

İran da kriptovalyuta buraxacaq

2018-02-23 13:43:00

İranın dövlət bankı “Post Bank” kriptovalyuta yaratmaq üçün fəaliyyətə başlayıb.

Fins.az Report-a istinadən xəbər verir ki, bu barədə İranın rabitə və texnologiyalar naziri Məhəmməd Cavad Azəri Cehrumi bildirib.

Onun sözlərinə görə, İran Mərkəzi Bankı rəqəmsal valyutalara nəzarət etmək məqsədilə digər qurumlarla əməkdaşlıq edir.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl Venesuela kriptovalyutasını emissiya edərək 735 mln. ABŞ dolları vəsait cəlb etməyə nail olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9794
  • ₽ RUB
    0.0271