BİRJA

Bitcoin-lə ödəniş xərcləri son 18 ayda ən aşağı səviyyəyə enib
23 FEVRAL
268

Bitcoin-lə ödəniş xərcləri son 18 ayda ən aşağı səviyyəyə enib

2018-02-23 01:02:00

Bitcoin göndərmək və ya almaq üçün əlverişsiz vaxt yoxdur, lakin hazırda bu kimi əməliyyatları reallaşdırmaq xüsusilə yaxşıdır. Əməliyyat xərcləri son 18 ayda ən aşağı səviyyədədir və orta əməliyyat haqqı 1 dollardan da azdır. Ötən ilin sonuncu rübünə baxdıqda fərqi hiss etmək olar, çünki həmin vaxt əməliyyat haqqı 34 dollara yüksəlmişdi. Əməliyyat xərclərinin o zamandan bəri enməsinin xüsusi səbəbi var: insanlar Bitcoin-i artıq valyuta kimi istifadə etmirlər.

Bitcoin-in əməliyyat xərcləri enişdədir

Bitcoin-in əməliyyat haqqı hazırda eniş prosesindədir. Şəbəkə istifadəsinin miqdarı SegWit-in qəbul edilməsi bə hash nisbəti Bitcoin-in əməliyyat xərclərinə təsir edir. 2017-ci ilin dekabr ayında əməliyyat xərcləri bazardakı bir çox kriptovalyutadan daha bahalı idi. O vaxtdan bu yana xərclərdə enmə müşahidə olunur. Hazırda son 18 ayın ən aşağı nəticəsi qeydə alınıb. Hazırda standart, altı bloklu bir əməliyyat 15 sentə başa gəlir. “Bitinfocharts”-a görə, əməliyyat haqqı 52 sent civarındadır. Bitcoin Cash-də bu 1 sentə bərabərdir.

Sözügedən eniş Bitcoin istifadə edən hər kəsə təsir etməyəcək. Kriptovalyuta birjasından pul çıxarmağa çalışan şəxslər hələ də standart əməliyyat ödənişləri edəcəklər. Məsələn, “Binance” və “Kucoin” cari qiymətlərlə 0.001 BTC (təxminən 10 dollar) əməliyyat xərcinə malikdir. “Binance”-ın CEO-su Çanqpenq Zhao verdiyi açıqlamada kriptovalyuta birjalarının normal ödənişlərdən daha çox haqq kəsmək durumunda olduqlarını, çünki təklif etdikləri xidməti yalnız belə əvəz edə biləcəklərini bildirib.

Aşağı əməliyyat xərclərinin səbəbi nədir?

Əməliyyat xərcləri yüksək olduqda Bitcoin daha çox dəyər saxlama vasitəsi kimi görünürdü. Bitcoin göndərmək o qədər xərc tələb edirdi ki, Bitcoin-i saxlamaq daha əlverişli sayılırdı. Əməliyyat xərclərinin artması Bitcoin-dən ödəniş metodu kimi istifadə edən şirkətləri bu qərarlarını dəyişməyə sövq etdi. Onların arasında “Stripe” də vardı. Həmçinin, “North American Bitcoin Conference” da oşar addım atmışdı. Bitcoin-lə ödənişləri ləğv edən “Steam” isə yüksək əməliyyat ödənişləri və qiymətlərdəki dəyişkənliyi əsas gətirərək belə qərar verdiyini bildirmişdi.

Həm istifadəçilər, həm də birjalar Bitcoin əməliyyatlarının daha səmərəli olmasını təmin etmək istəyirlər. Bunların arasında əməliyyatları qruplaşdırmaq, SegWit-i qəbul etmək kimi həllər də var. Əməliyyat xərcləri aşağı düşdükcə müsbət nəticələr daha çox olar. “Lightning Network” də müsbət nəticələrin arasındadır. Əməliyyat ödənişlərinin həddən ziyadə yüksəlməsi ilə “Lightning Network” daha sürətlə inkişaf etdirilməyə başladı. Bəs, əməliyyar xərcləri niyə aşağı düşdü? Səbəb nədir? Bəzi məlumatlara görə, bunun səbəbi sosioloji amillərlə bağlıdır. Dekabrın 17-də təxminən yarım milyon Bitcoinəməliyyatı edildi. Bu rəqəm hazırda günlük olaraq təxminən 200 minə bərabərdir.

Əməliyyat xərclərinin sürətlə enməsi ilə “Valve” kimi şirkətlərin Bitcoin-ə münasibətinin dəyişib dəyişməyəcəyi sual altındadır. Bəzi şirkətlər Bitcoin-dən imtina etsələr də, digər kriptovalyutalara meyllənirlər. Məsələn, “Stripe” Bitcoin qəbul etməyi dayandırsa da, Litecoin, Stellar və Bitcoin Cash kimi variantları düşünə biləcəyini qeyd edib.

Xərclərin aşağı düşməsi ilə Bitcoin yenidən ödəniş vasitəsi kimi istifadə edilə bilər, bloklar dolar, ba həmin təqdirdə yenidən çətinlik yaranar. “Lightning Network” və SegWit çatmazsa, bu baş verə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267