BİRJA

Kriptovalyutalarla bağlı koordinator evində ölü tapıldı
23 FEVRAL
458

Kriptovalyutalarla bağlı koordinator evində ölü tapıldı

2018-02-23 00:57:00

Son bir neçə ay ərzində qadağa xəbərlərinin ardı-arası kəsilməyən Cənubi Koreyanın rəqəmsal valyutalara dair siyasətinin koordinasiya edilməsində əsas şəxslərdən olan Yunq Ki-joon yaşadığı evdə ölü tapılıb.

Cənubi Koreyanın Siyasət Koordinasiya Ofisinin direktoru Yunq Ki-joon baar günü evində ölmüş halda aşkarlanıb. 52 yaşlı siyasətçi rəqəmsal pullarla əlaqədar hökumətin koordinasiyasında mühüm yer tuturdu.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Yanqın son vatlar ciddi stress yaşadığı bildirilir.

Cənubi Koreya kriptovalyuta dünyasının aparıcı ölkələrindən hesab olunur. Ümumi ticarətin 20%-ni əlində cəmləşdirib. 2017-ci ildə Bitcoin ticarətinin 4.5%-i Koreya vonu ilə reallaşdırılıb. Vondan daha çoxx istifadə edilən valyutalar isə ABŞ dolları, Yaponiya yeni və avrodur.

Maliyyə Xidmətləri Komissiyası yanvarın 23-də verdiyi açıqlamada 30 yanvar tarixindən etibarən bəzi banklarda kriptovalyuta ticarətinə icazə veriləcəyini açıqlamışdı.

20 min dollara yüksəldikdən sonra sürətlə enərək 6 min dollara çatan Bitcoin hazırda 11 min dollardan artıq dəyərə sahibdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9424
  • ₽ RUB
    0.0256